Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İki ölkə üçün önəmli gün gəlib çatdı

© Sputnik / Mediabanka keçidAtom Elektrik Stansiyası
Atom Elektrik Stansiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasimin açılışına videokonfransla qatılıblar

BAKI, 3 aprel — Sputnik. Rusiya Prezidentinin Ankaraya rəsmi səfəri başlayıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Akkuyu Atom Elektrik Stansiyasının təməlatma mərasimində iştirak etmək üçün 8 nazirlə Türkiyəyə gələn Rusiya liderini Ankara Esenboğa havalimanında xarici işlər nazirinin köməkçisi Əhməd Yıldız qarşılayıb. 

Президент РФ В. Путин - Sputnik Azərbaycan
Putin prezident seçiləndən sonra ilk səfərini bu ölkəyə etdi

Daha sonra V.Putin Akkuyu Atom Elektrik Stansiyasının açılış mərasimində iştirak etmək üçün Prezident İqamətgahına gedib.

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin Akkuyu Atom Elektrik Stansiyasının təməlatma mərasiminin açılışına videokonfransla qatılıblar.

Qeyd edək ki, Atom Elektrik Stansiyasının tikilməsi Mersinin Gülnar ilçəsinin Akkuyu bölgəsində nəzərdə tutulub.

20 milyard dollarlıq layihə ilə Akkuyuda 4800 MW gücündə 4 vahid nüvə reaktoru inşa ediləcək.

Xatırladaq ki, dünyada 31 ölkədə 450 Atom Elektrik Stansiyası fəaliyyət göstərir. Akkuyu ilə birlikdə isə inşaası davam edəcək stansiyaların sayı 56 olacaq. Akkuyu Atom Elektrik Stansiyası 2023-cü ildə fəaliyyətə başlayanda Türkiyənin elektrik ehtiyacının 10 faizini qarşılayacaq. Akkuyu AES-in 60 il ərzində fəaliyyətdə olması nəzərdə tutulur.

Xəbər lenti
0