Президент РФ В. Путин

Putin prezident seçiləndən sonra ilk səfərini bu ölkəyə etdi

230
(Yenilənib 17:53 03.04.2018)
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə ikigünlük rəsmi səfəri başlayıb

BAKI, 3 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putinin ikigünlük rəsmi səfər məqsədilə Ankaraya gəlib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Rusiya liderinin prezident seçkilərindən sonra ilk xarici səfəridir. Səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçirilir.

İki dövlətin başçısı təkbətək və geniş tərkibdə görüşlərdən əlavə Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında iştirak edəcəklər. 

R.T.Ərdoğan və V.Putin, həmçinin videokonfrans vasitəsi ilə Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasiminə qatılacaqlar.

Sabah isə Ankarada Suriya nizamlanmasına yardım üzrə Astana prosesinin qarant dövlətləri olan Türkiyə, Rusiya və İranın liderlərinin görüşü keçiriləcək.

230
Mövzu:
Akkuyu Atom Elektrik Stansiyanın təməlinin atılması (5)
Əlaqədar
Putin və Ruhani Ankaraya gedir, mühüm görüşlər nəzərdə tutulub
Putin Kemerovo vilayətinin qubernatoru ilə bağlı fərman imzalayıb
Tramp oyun qaydalarını pozdu, Putin təbrik edilmədi
Putin rəqiblərini dialoqa çağırdı
Putin: "Bu qədər insanımızı itiririk, axı niyə?"