Çernavode AES, arxiv şəkli

Türkiyə "Akkuyu" üçün "Rosatom"a lisenziya verdi

51
(Yenilənib 01:25 03.04.2018)
"Rosatom"un həyata keçirəcəyi layihənin bütün tələblərə cavab verdiyi təsdiqlənib

BAKI, 3 aprel — Sputnik. Türkiyənin Atom Enerjisi üzrə Agentliyi Rusiyanın "Rosatom" dövlət korporasiyasına "Akkuyu" AES-in birinci blokunun tikintisi üçün lisenziya verib.

Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadən xəbər verir ki, "Rosatom"un həyata keçirəcəyi layihənin bütün tələblərə cavab verdiyi təsdiqlənib.

"Akkuyu" Atom Elektrik Stansiyasının təməl qoyma mərasimi bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinin iştirakı ilə keçiriləcək. Rusiya energetika naziri Aleksandr Novak bildirib ki, tikinti işlərinin ilk mərhələsi ən yaxın zamanda başlayacaq.

51
Teqlər:
"Rosatom", Akkuyu Atom Elektrik Stansiyası, tikinti, lisenziya