Türk sevgilisini öldürən Aysel: “Uşağımı boğduğu üçün etdim”

© Photo : Milliyet.com.trAysel Eşme
Aysel Eşme - Sputnik Azərbaycan
Abunə olmaq
Aysel Eşme iki ay əvvəl həyat yoldaşını tərk edərək Ümit Gökərlə yaşamağa başlayıb

BAKI, 2 aprel — Sputnik. Türkiyənin Konya şəhəeində sevgilisini 7 yerindən bıçaqlayaraq öldürən 28 yaşlı azərbaycanlı Aysel Eşme "planlayaraq adam öldürmə" maddəsi ilə mühakimə edilir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Aysel Eşme açıqlamasında sevgilisi 34 yaşlı Ümit Gökeri oğlunu boğduğu üçün öldürdüyünü deyib.

"Ümitdən uşağa nə olduğunu soruşdum. O da bildirdi ki, uşaq adyalın altından nəfəs ala bilmədiyi üçün bu hala düşüb. Mən nə baş verdiyinin fərqində olmadan Ümiti vurdum. Həm oğluma nə olduğunu soruşur, həm də vururdum" – deyə Aysel Eşme bildirib.

Xatırladaq ki, hadisə ötən il dekabrın 1 də baş verib. Barda çalışan Aysel Eşme satıcı olan həyat yoldaşından iki il əvvəl ayrılsa da, birlikdə yaşamaqda davam edib. Cütlüyün Əmir adında bir oğlu olub. Aysel Eşme iki ay əvvəl həyat yoldaşını tərk edərək, Ümit Gökərlə yaşamağa başlayıb. Aysel hadisədən bir gün əvvəl boşandığı həyat yoldaşından olan 9 aylıq Əmiri sevgilisinin yanında qoyaraq işlədiyi bara gedib.

Sevgilisini öldüren Azeri kadın: Oğlumun boğulduğunu duyunca...

Sevgilisi gecə saatlarında kiçik Əmirin yataqdan yıxıldığını iddia edərək xəstəxanaya aparıb. Müalicəyə alınan uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər uşağın vəziyyətindən şübhələnərək, polisə müraciət ediblər. Polisi Ümiti saxlasa da, sorğudan sonra azad edib.

Uşağın vəziyyətindən səhər xəbər tutan Aysel keçmiş həyat yoldaşı ilə xəstəxanaya getdiyi zaman Ümit ona zəng edib. Ümit ona uşağın nəfəssiz qaldığı üçün bu hala düşdüyünü bildirib. Onların arasında mübahisə yaranıb. Bundan sonra Aysel onun arxasınca qaçaraq 7 yerdən bıçaqlayıb. Ümit xəstəxanaya çatdırılsa da, orada həyatını itirib.

Sevgilisini öldüren Azeri kadın: Oğlumun boğulduğunu duyunca...

Aysel polis tərəfindən saxlanılır. O, Ümitin kiçik Əmiri adyalla boğduğunu bildirib: “Doktorlar onun havasız qaldığını və beyninə oksigen getmədiyini bildiriblər. Amma əməlimdən peşmanam”.

Hazırda faktla bağlı araşdırma davam edir. Ayseli hansı cəzanın gözlədiyi isə hələ ki, sual altındadır.

Xəbər lenti
0