Trampdan Putinə dəvət gəldi: “Vaşinqtonda görüşək”

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент США Дональд Трамп
Президент РФ Владимир Путин и президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə Vaşinqtonda görüşməyi təklif edib

BAKI, 2 aprel — Sputnik. ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə Vaşinqtonda görüşməyi təklif edib.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

"Bizim prezidentlər telefonla danışarkən Tramp ilk görüşü Vaşinqtonda, Ağ Evdə keçirməyi təklif edib. Bu, kifayət qədər maraqlı və pozitiv ideyadır" – deyə o, bildirib.

Vladmir Putin və Rəcəb Tayyip Ərdoğan. Arxiv şəkli - Sputnik Azərbaycan
Putinin Türkiyəyə səfəri başlayır

Uşakov qeyd edib ki, görüşün vaxtı hələlik müəyyən edilməyib, amma söhbətin üzərindən az vaxt keçib — cəmi 10 gün. "Əgər hər şey normal olsa, ümid edirəm ki, amerikalılar zirvənin keçirilməsi imkanını müzakirə etmək təklifindən imtina etməyəcəklər" – deyə prezidentin köməkçisi əlavə edib.

Martın 20-də Tramp Putinə zəng edib. Onlar Suriya problemini və Ukrayna böhranını müzakirə ediblər. Eyni zamanda, ABŞ Dövlət Departamentinin rəhbərliyindəki dəyişiklikləri nəzərə alaraq ikitərəfli əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər.

Prezidentlər mümkün yüksək səviyyəli görüşün keçirilməsi məsələsinin hazırlanmasına xüsusi diqqət yetiriblər.

Amerika liderinin telefon zəngi ABŞ-da və onun sərhədlərindən kənarda böyük maraq doğurub. Tramp administrasiyasının üzvləri telefon danışığı zamanı onun stolu üstünə böyük hərflərlə "Təbrik etməmək" sözü yazılmış kağız parçası qoysalar da, o, buna məhəl qoymayıb və Putini prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

Xəbər lenti
0