Onlar bu ölkəyə zibil atmaq üçün gedirlər

© Sputnik / Anar MustafayevМусорные баки, фото из архива
Мусорные баки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qadağalar və ciddi nəzarətə baxmayaraq il ərzində 10 tondan çox zibil ölkəyə keçirilir

BAKI, 1 aprel — Sputnik. Zibilin utilizasiya olunması üçün pul ödəmək istəməyən İsveçrədə vətəndaşları gözlənilməz həll yolu tapıblar. Sputnik AzərbaycanLe Parisien”ə istinadən xəbər verir ki, isveçrəlilər bunun üçün Fransa ərazisindən istifadə edirlər.

Frans-Konte ərazisində çalışan gömrükçü bildirib ki, keçən il öz zibilini tullamaq üçün Fransa ərazisinə keçən 140 isveçrəli saxlanılıb. Onlara 150 avro cərimə yazılıb. Bundan sonra cərimə ödəyənlər zibili 100 faiz Fransada atmaq qərarına gəliblər. Çünki onun cəriməsini ödəyiblər.

Fransalılar ölkələrinə zibil atan isveçrəliləri "zibil turistləri" adlandırırlar. “Zibil turistlərindən” birini yol kənarına atdığı zibil kisəsi ilə müəyyən ediblər. Çünki o, səhvən sənədini də kisəyə qoyub.

Verilən məlumata görə, qadağalar və ciddi nəzarətə baxmayaraq il ərzində Fransaya 10 tondan çox zibil keçirilir. Bunun səbəbi isə İsveçrədə zibilin utilizasiyasının həddən artıq baha olmasıdır. Bir dəfə zibil tullanmasına görə isveçrəlilər 2 frank (təxminən 3.55 manat) ödəməli olurlar.

Xəbər lenti
0