Mari Baqdasaryan

Həmin o Baqdasaryan yenə tutuldu

101
(Yenilənib 22:23 31.03.2018)
Mari Baqdasaryan Moskvadakı qalmaqallı “Mercedes-Benz Gelendewagen” işi zamanı məşhurluq qazanıb

BAKI, 31 mart — Sputnik. Ömürlük avtomobil sürmək hüququndan məhrum edilən erməni stritreyserşa Mari Baqdasaryan Moskvada yenidən sükan arxasında tutulub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildiriblər.

Martın 31-nə keçən gecə Leninqrad prospektində “Mercedes” markalı avtomobil saxlanılıb. Sükan arxasında olan qadının barəsində inzibati qaydada protokol tərtib edilib.

Mənbə bildirib ki, sənədlərin yoxlanılması zamanı 24 yaşlı qadın sürücülük vəsiqəsini təqdim etməyib: “Bazada aparılan yoxlama zamanı müəyyən olunub ki, onun avtomobil sürmək hüququ yoxdur”.

2017-ci ilin martında məhkəmə epilepsiya səbəbindən Baqdasaryanı ömürlük sürücülük hüququndan məhrum edib. Bundan əlavə, o, saxta tibbi arayış təqdim etdiyinə görə 1 il müddətinə islah işlərinə cəlb edilib. Baqdasaryan saxta sənəd təqdim edərək məsuliyyətdən yayınmaq istəyirmiş.

Elə hımin ilin iyulunda onu Moskvada sükan arxasında saxlayıblar. Vəkili isə iddia edib ki, guya qadın maşını sadəcə park etmək istəyirmiş və polislər onu saxlayanda avtomobili yerindən tərpətməyibmiş. Məhkəmə onu 15 min rubl məbləğində cərimə edib.

Sonuncu dəfə onu noyabrda sükan arxasında tutublar. Məhkəmə yenə də 15 min rubl cərimə kəsib.

Mari Baqdasaryan Moskvadakı qalmaqallı “Mercedes-Benz Gelendewagen” işi zamanı məşhurluq qazanıb. O zaman “Lukoyl” şirkəti rəhbərinin müavinin oğlu Ruslan Şamsuvarov yolda qanunsuz yarış keçirib. O zaman sərnişin oturacağında olan Baqdasaryan işdə şahid qismində dindirilib.

101
Teqlər:
qanun pozuntusu, erməni, vəsiqə, sürücü
Skamyada yatan adam, arxiv şəkli

Kiminin əvvəli, kiminin axırı - Məşhur model küçələrdə yaşayır

4
(Yenilənib 10:26 16.01.2021)
Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır

BAKI, 16 yanvar — Sputnik. Bir vaxtların məşhur modeli Loni Uillison hazırda küçədə yaşayır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Kaliforniya ştatında yaşayan model ötən gün zibil qutularını qarışdırarkən jurnalistlərin obyektivlərinə tuş gəlib.

​Loni Uillison məşhur "Baywatch" serialının ulduz aktyoru Ceremi Ceksonla evli olub. Bu evlilik 2014-cü ildə sonlandıqdan sonra əvvəlki kimi ictimaiyyətdə görünməyən Uillison 2018-ci ildən bəri küçələrdə yaşayır.

 

4
Co Bayden, arxiv şəkli

Məşhur müğənnilər Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər

4
(Yenilənib 09:38 16.01.2021)
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq

BAKI, 16 yanvar — Sputnik. Dünyaca məşhur müğənnilər Cennifer Lopez və Ledi Qaqa ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcəklər. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir.

"Bu insanlar böyük xalqımızın bütün müxtəlifliyini təmsil edirlər", - deyə andiçmə komitəsinin nümayəndəsi Toni Allena bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də Kapitolinin qarşısında baş tutacaq.

4
Bakı karantinin yumşaldılmasından sonra

Kafe-restoran həsrətliləri üçün son tarix

0
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilsə də müəyyən yumşalmalar var

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərərgah kafe və restoranların yerində xidmət göstərəcəyi tarixi açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Qeyd edək ki, Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilmiş, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib. Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılması qərara alınıb.

0
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar