Tapança

Ukraynada azərbaycanlının güllələnməsinin təfərrüatı məlum olub

218
(Yenilənib 16:36 31.03.2018)
Z. İsmayılovun təsadüf nəticəsində gülləyə tuş gəldiyi və yerindəcə öldüyü bildirilir

BAKI, 31 mart — Sputnik. Ukraynanın Xarkov şəhərində iki gün əvvəl baş verən silahlı insidentin təfərrüatı və öldürülən azərbaycanlının kimliyi məlum olub.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Lev Landau prospektindəki "Ağdam" restoranında baş verib, öldürülən azərbaycanlı isə 32 yaşlı, əslən Gürcüstanın Borçalı mahalından olan Zaur İsmayılovdur.

Z. İsmayılovun təsadüf nəticəsində gülləyə tuş gəldiyi və yerindəcə öldüyü bildirilir.

Belə ki, bir qrup silahlı şəxsin restorandan çıxan digər şəxslərə hücumu zamanı Z. İsmayılov da ortada olub və güllədən yayına bilməyib. Hadisə zamanı restoranın digər millətdən olan müştəriləri də xəsarət alıblar.

Qeyd edək ki, ötən gün Ukrayna mətbuatı Xarkovdakı restoranların birindən çıxan təxminən 10 nəfərə gözlənilmədən bir neçə nəfərin atəş açması barədə məlumat yayıb. Məlumatda bir nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı, ölənin isə azərbaycanlı olduğu qeyd olunub.

Faktla bağlı cinayət işi açılıb.

218
Teqlər:
Xarkov şəhəri, güllələnmə, Ukrayna