TSK ve ÖSO güçleri

Daha 90 terrorçu məhv edildi

212
(Yenilənib 15:09 31.03.2018)
Öldürülən terrorçulardan 2-si təşkilatın liderlərindən olub

BAKI, 31 mart — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin PKK terrorçularına qarşı apardığı əməliyyat davam etməkdədir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə ordusu 24-30 mart tarixində Diyarbakır, Bitlis, Mardin, Bingöldə, eləcə də Şimali İraqda əməliyyatlar həyata keçirib. Əməliyyatlarda 90 terrorçu zərərsizləşdirilib. Öldürülən terrorçulardan 2-si təşkilatın liderlərindən olub.

“Türkiyə hüdudlarında və İraqın şimalında terrorçuların zərərsizləşdirilməsi ilə bağlı əməliyyatlar davam etdiriləcək” deyə Türkiyə DİN-nin bəyanatında qeyd olunur.

212
Teqlər:
əməliyyat, terrorçu, Türkiyə Silahlı Qüvvələri