Президент США Дональд Трамп, фото из архива

Ərdoğanla Tramp razılığa gəldilər

85
(Yenilənib 03:22 31.03.2018)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

BAKI, 31 mart — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Sputnik Türkiyə xəbər verir ki, danışıqlar zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib. 

Tərəflər Suriya və İraqdakı vəziyyəti, terrorizmə qarşı mübarizəni müzakirə ediblər. Eyni zamanda təsdiq ediblər ki, iki ölkə arasında əməkdaşlığın inkişafını davam etdirəcəklər.

Telefon söhbətində bu gün Qəzza zolağında baş verənlərə də diqqət çəkilib.

85
Teqlər:
Qəzza, İraq, Suriya, ABŞ prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə, ABŞ
Əlaqədar
Ərdoğan və Tramp arasında kritik telefon danışığı