Bayburtda kanala düşmüş avtomobillər

Bir gündə 2 avtomobil eyni kanala düşdü: 8 nəfər öldü

202
(Yenilənib 20:56 30.03.2018)
Qəzada həm Türkiyə, həm də İran əsilli vətəndaşlar həyatını itirib

BAKI, 30 mart — Sputnik. Türkiyənin Bayburt bölgəsində avtomobil və mikroavtobusun kanala düşməsi nəticəsində 8 nəfər ölüb, 4 nəfər yaralanıb.

Sputnik Azərbaycan "TRT"yə istinadla xəbər verir ki, İran dövlət nömrə nişanlı avtomobil Bayburt-Gümüşhane avtomobil yolunun Aydıntepe yolayrıcında tikilməkdə olan kanala düşüb. Maşındakılar İran vətəndaşları olub.

Bayburtda kanala düşmüş avtomobillər
Bayburtda kanala düşmüş avtomobillər

Bundan qısa müddət sonra Bayburt-Trabzon marşrutu üzrə hərəkət edən mikroavtobusun da həmin kanala düşməsi nəticəsində ikinci qəza baş verib. Kanalın dərinliyi 5 metrdir.

Qəzada həm Türkiyə, həm də İran əsilli vətəndaşlar həyatını itirib.

202
Teqlər:
ölüm, faciə, avtomobil, kanal, Türkiyə