Şahzadə Məhəmməd bin Salman Mayk Blumberqlə görüşdə

Səudiyyədən qərbləşmə yolunda daha bir addım

30
(Yenilənib 02:41 30.03.2018)
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman imicini dəyişib

BAKI, 30 mart — Sputnik. Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman imicini dəyişib.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın ABŞ-da görüşləri davam edir.

Yaxın Şərqdəki problemləri həll edərək bölgəni yeni bir Avropa edəcəyini müdafiə edən Salman, imic dəyişikliyinə də başlayıb.

Nyu-Yorkdakı görüşlərində kostyum geyinməyə başlayan şahzadə dünyanın ən zəngin 8-ci adamı kimi tanınan Mike Bloomberq ilə bir araya gəlib.

Salman ilə Bloomberq qəhvələrini içərək bir müddət söhbət edib.

O anlarda çəkilən fotolar "Twitter" hesablarından paylaşılıb.

30
Əlaqədar
Şok etiraf: Səudiyyə vəliəhdi vəhhabiliyi niyə yaydıqlarının səbəbini açıqladı
Səudiyyə Ərəbistanında inqilabı qərar: Qara çarşab yığışdırılır
Səudiyyə vəliəhdindən İrana nüvə təhdidi
Səudiyyə kralından İraqa milyardlıq hədiyyə: Ən böyük stadion tikilir