Buxarestdə Rumıniya parlamentinin binası, arxiv şəkli

Bu sənəd həyata keçsə, Avropanın xəritəsi dəyişəcək

62
(Yenilənib 22:35 29.03.2018)
Rumıniya parlamenti Moldova ilə birləşməyə dair bəyannamə qəbul edib

BAKI, 29 mart — Sputnik. Rumıniya parlamenti Moldova ilə birləşməyə dair niyyət bəyannaməsi qəbul edib.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, bu sənəd tarixdə "Bessarabiya" olaraq tanınan hazırkı Moldova torpaqlarının Rumıniya ilə birləşməsinin 100-cü ildönümünə həsr olunan anım toplantısında açıqlanıb.

Sənəddə Rumıniya xalqının Moldova ilə birləşməsi arzusu dilə gətirilib: "Ehtimal edilən birləşmə Moldova xalqının iradəsi və qərarı ilə gerçəkləşə bilər. Rumıniya xalqı buna artıq hazırdır".

Rumıniya parlamentində keçirilən toplantıya Moldova parlamenti və hökumətinin təmsilçiləri də qatılıb.

Bəyannaməni Rumıniya Deputatlar Palatası və Senatı əksər səslə dəstəkləyib. Yalnız Rumıniya Macarlarının Demokratik İttifaqı əleyhinə olub.

Moldova parlamentinin sədri Adrian Candu bildirib ki, ölkəsinin Rumıniyanın dəstəyinə ehtiyacı var: "Avropa ilə bütövləşməyə gedən yolda yolların və körpülərin tikintisi, əməkdaşlıq yalnız Rumıniyanın yardımı ilə mümkündür".

62
Əlaqədar
İran Rumıniya ilə Pakistanı vura bilər
Rumıniya prokuroru "Lukoil"un törəmə şirkətinin əmlakına həbs qoyub
SOCAR Rumıniya iqtisadiyyatına 50 milyon avro investisiya yatıracaq