Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan general-polkovnik Zakir Həsənovu qəbul edib

Türkiyə prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

26
(Yenilənib 17:16 29.03.2018)
Müdafiə naziri Zakir Həsənov Türkiyə dövlət başçısı ilə görüşüb

BAKI, 29 mart — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfəri davam edir.

Martın 29-da Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan general-polkovnik Zakir Həsənovu qəbul edib.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Xatırladaq ki, Zakir Həsənov Türkiyə səfəri çərçivəsində dünən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akarla da görüşüb. 

Bundan əlavə, həmin gün Zakir Həsənovun Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demirlə də görüşü baş tutub.

Tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib və hərbi sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Müdafiə naziri Zakir Həsənov Ankaraya Türkiyə Respublikasının milli müdafiə naziri cənab Nurəddin Caniklinin dəvəti ilə gedib. Rəsmi səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Martın 31-də isə Azərbaycan müdafiə nazirinin Türkiyənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.

26
Əlaqədar
Zakir Həsənov raket qoşunlarına tapşırıq verdi
Zakir Həsənov əsgərlərlə qol qaldırıb oynadı - MARAQLI VİDEO
Zakir Həsənov orduya tapşırıq verib
Zakir Həsənov Belarusun silah-sursatı ilə tanış olub
Zakir Həsənovdan müharibə xəbərdarlığı: “Hər an başlaya bilər”