SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Şok etiraf: Səudiyyə vəliəhdi vəhhabiliyi niyə yaydıqlarının səbəbini açıqladı

© AFP 2023 / Fayez NureldineVəliəhd Məhəmməd Bin Salman
Vəliəhd Məhəmməd Bin Salman - Sputnik Azərbaycan
Abunə olmaq
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman, "Vaşinqton Post"a müsahibəsində "soyuq müharibə" dövründə ABŞ-ın tələbi ilə Sovet İttifaqına qarşı vəhhabiliyi yaymağa başladıqlarını deyib

BAKI, 28 mart — Sputnik. Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman, "Vaşinqton Post"un (Washington Post) müəllifi Karen De Yanqa (Karen De Young) verdiyi müsahibədə "soyuq müharibə" dövründə ABŞ-ın tələbi ilə Sovet İttifaqına qarşı vəhhabiliyi yaymağa başladıqlarını deyib.

ABŞ-a iki həftəlik səfərə gedən Məhəmməd bin Salman (MbS), Amerika mediasına soyuq müharibə dövründə rəsmi Vaşinqtonun tələbi ilə kommunizmə qarşı vəhhabiliyi yaymağa necə başladıqlarının təfərrüatlarını danışıb. 

Город Эр-Рияд, Саудовская Аравия, 6 июня 2017 года - Sputnik Azərbaycan
Şahzadələr azadlığa buraxıldı

Səudiyyə Ərəbistanının hakim ideologiyası olan və bəzi dairələr tərəfindən qlobal terrorizmin mənbəyi kimi göstərilən vəhhabiliyin Səudiyyənin maliyyəsi ilə yayıldığına dair suala cavabında MbS deyib ki, qlobal miqyasda məscid və mədrəsələrə sərmayə qoymalarının kökü gedib soyuq müharibə dövrünə çıxır.

Vəliəhd şahzadə Sovet İttifaqının müsəlman ölkələrlə əlaqələrini inkişaf etdirməsinin qarşısını almaq üçün müttəfiqlərin Səudiyyə Ərəbistanından öz mənbələrini səfərbər etməsini istədiklərini açıqlayıb.

MbS Səudiyyə hökumətlərinin bu siyasəti həyata keçirərkən kələfin ucunu itirdiklərini qeyd edib. "İndi hər şeyi geri qaytarmalıyıq'' deyən vəliəhd artıq vəhhabiliyin yayılmasının Səudiyyə hökuməti tərəfindən deyil, ona tabe olan vəqflər tərəfindən maliyyələşdirildiyini bildirib. 

© KarikaturaTerror
Terror - Sputnik Azərbaycan
Terror

Ötən gün BMT-nin Nyu Yorkdakı (New York) qərargahında qurumun baş katibi Antonio Quterreslə (Antonio Guterres) görüşən Məhəmməd bin Salman BMT-yə maliyyə yardımı qəbzi təqdim edib. O, bu gün ABŞ-dakı yəhudi lobbilərinin liderləri ilə görüşəcək.

Səudiyyə vəliəhdi martın 20-də ABŞ prezidenti Donald Trampla da görüşüb və onlar pul haqqında söhbət ediblər. Daha sonra Ağ Evdə prezidentin kürəkəni Cared Kuşnerlə (Jared Kushner) görüşən bin Salman onu "əsl insan" adlandırıb.

Xəbər lenti
0