Bu məlumatdan sonra yemək sifariş etməyəcəksiniz

© pixabay / RiedelmeierPizza
Pizza - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisədən xəbər tutan ev sahibi kuryerdən polisə şikayət edib

BAKI, 28 mart — Sputnik. Eskişehirdə kameralara həkk olan hadisə görənləri dəhşətə gətirib. Sputnik Türkiyə xəbər verir ki, hadisə Eskişehirdə evlərdən birinin qarşısında baş verib.

Belə ki, yemək sifarişini çatdıran kuryer öncə pizzanı açaraq içinə tüpürüb. Bunu özü də telefon kamerasına həkk edib. Daha sonra sifarişi çatdırıb. Kuryerin xəbəri olmayıb ki, onu həm də təhlükəsizlik kameraları da qeydə alıb.

Hadisədən xəbər tutan ev sahibi kuryerdən polisə şikayət edib. Polis araşdırma aparır.

Xəbər lenti
0