Пользователь социальной сети Facebook

"Facebook" trilyonlarla dollar cərimə ödəyə bilər

37
(Yenilənib 18:29 27.03.2018)
İstifadəçilərə qarşı hərəkətinə görə Facebook cəzalanacaq

BAKI, 27 mart — Sputnik. "Facebook" ən çətin günlərini yaşayır. İstifadəçi məlumatları ilə bağlı baş verən qalmaqal nəticəsində şirkət, trilyonlarla dollar pul cəzaları ilə qarşı-qarşıya qala bilər.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, ABŞ-da istehlakçı hüquqlarını qorumaqla vəzifəli olan Federal Ticarət Komissiyası sosial media nəhəngi ilə bağlı istintaq başladıb. Komissiya 50 milyon istifadəçinin şəxsi məlumatlarının siyasi təhlil şirkətlərinin əlinə necə keçdiyini araşdıracaq.

"Facebook" 2011-ci ildə Federal Ticarət Komissiyası ilə imzalanan bir anlaşmayla hər pozuntuya görə 40 min dollar ödəməyi qəbul etmişdi.

Komissiyanın keçmiş rəhbəri David Vladeck deyib ki, "Facebook" buna görə trilyonlarla dollar cəza ilə qarşı-qarşıya qala bilər.

İstintaq ilə bağlı Komissiya tərəfindən verilən açıqlamada səslənən iddiaların olduqca ciddiyə alındığı bildirilib. Komissiyanın rəhbəri Tom Pahl deyib ki, "Facebook"un istehlakçılara əhəmiyyətli zərərlər verib-vermədiyi araşdırılacaq.

Qalmaqalın ortaya çıxmasının ardından bazar dəyəri təxminən 70 milyard dollar azalan sosial media nəhəngindən araşdırmaya dair verilən açıqlamada, "Şəxslərin məlumatlarının qorunmasına olan güclü bağlılığımız davam edir. Komissiyanın mümkün suallarına cavab vermək imkanını məmnuniyyətlə qarşılayarıq" deyilib.

37
Mövzu:
Facebook-da istifadəçi məlumatları qalmaqalı (5)
Əlaqədar
"Facebook"un sahibindən qalmaqallı etiraf
“WhatsApp”ın qurucusundan "Facebook"a qarşı cəsarətli çağırış
“Facebook”un sahibinin döyülmüş şəkli paylaşıldı - FOTO
"Facebook"dan yeni qadağa gəldi
"Facebook" və "Google" bəşəriyyət üçün təhlükədir"