Akademik Milli Dram Teatrı

Bu gün Beynəlxalq Teatr Günüdür

31
(Yenilənib 09:55 27.03.2018)
Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər

BAKI, 27 mart — Sputnik. Martın 27-si bütün dünyada Beynəlxalq Teatr Günü (World Theatre Day) qeyd olunur.

Sputnik Azərbaycan xəbər verir ki, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib.

Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.

Hər il Beynəlxalq Teatr Günü ilə əlaqədar dünyanın bütün teatrlarında, o cümlədən respublikamızda fəaliyyət göstərən teatrlarda müxtəlif tədbirlər keçirilir, tamaşalar nümayiş edilir.

31
Teqlər:
incəsənət xadimləri, Beynəlxalq Teatr Günü, tamaşa