Yaşar Yıldırımın başına mərmər bu eyvandan düşüb

Tanınmış futbolçunun başına eyvandan daş düşdü, öldü

602
(Yenilənib 19:42 26.03.2018)
Küçədə yeriyərkən yuxarı mərtəbədən başına mərmər düşən 55 yaşlı Yaşar Yıldırım huşunu itirərək yerə yıxılıb

BAKI, 26 mart — Sputnik. Türkiyənin Trabzon şəhərində bədbəxt hadisə baş verib.

Küçədə yeriyərkən yuxarı mərtəbədən başına mərmər düşən 55 yaşlı Yaşar Yıldırım huşunu itirərək yerə yıxılıb. Təcili xəstəxanaya aparılan Y.Yıldırım həkimlərin səylərinə baxmayaraq vəfat edib.

Yaşar Yıldırım
Yaşar Yıldırım

Sputnik Azərbaycan "Sözcü"yə istinadən xəbər verir ki, dünyasını dəyişən şəxs həm də keçmiş futbolçudur. Üç uşaq atası olan Yıldırım vaxtilə ölkənin samballı klublarından olan "Sivasspor"da illərlə futbol oynayıb. O, 6 il də "Trabzonspor" komandasında qapıçı məşqçisi vəzifəsində işləyib.

602
Teqlər:
daş, ölüm, futbolçu, Türkiyə