Rusiyanın Kemerovo şəhərində Qış albalısı ticarət mərkəzində yanğın

Rusiyada dəhşətli yanğında 7 nəfər öldü - VİDEO

145
(Yenilənib 00:44 26.03.2018)
Yanğın zamanı 35 nəfərin itkin düşdüyü barədə məlumat yoxlanılır

BAKI, 25 mart — Sputnik. Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzində yanğın olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğının əhatə etdiyi sahə və yanğının səbəbi dəqiqləşdirilir.

Son məlumata görə, ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Bundan əvvəl 5 nəfərin öldüyü, 30 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

Yanğın zamanı 35 nəfərin itkin düşdüyü barədə məlumat yoxlanılır.

Məlumata əsasən, Rusiya Fövqəladə Hallar naziri Vladimir Puçkov prezident V.Putinin tapşırığı ilə Kemerovoya yollanıb. İlkin versiyaya görə, yanğın ticarət mərkəzində yerləşən batut zalında başlayıb.

Artıq baş verən yanğın lokallaşdırılıb.

145
Teqlər:
ölüm, ticarət mərkəzi, Rusiya, yanğın
Mövzu:
Kemerovoda ticarət mərkəzində faciə (4)