Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon

Separatçı lider saxlanıldı

49
(Yenilənib 15:32 25.03.2018)
Karlos Puçdemon Finlandiyadan Belçikaya gedərkən, Danimarka sərhədini keçmək istəyən zaman Almaniyada saxlanılıb

BAKI, 25 mart — Sputnik. Almaniya polisi Kataloniya jeneralitetinin keçmiş lideri Karlos Puçdemonu Danimarka ilə sərhəddə saxlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onun vəkili Twitter mikrobloqunda yazıb: "Karlos Puçdemon Finlandiyadan Belçikaya gedərkən, Danimarka sərhədini keçmək istəyən zaman Almaniyada saxlanılıb".

Puçdemon hazırda komissarlığın binasındadır. Vəkil etiraf edib ki, polislər separatçı liderə qarşı korrekt münasibət göstərirlər. Onun sözlərinə görə, Puçdemon məhkəmənin qarşısına çıxmaq üçün Belçikaya gedirmiş.

Qeyd edək ki, martın 23-də İspaniya Ali məhkəməsinin hakimi Pablo Leryana Puçdemonun və onun daha bir neçə müşavirinin həbsi üçün ümumavropa orderi verib.

49
Teqlər:
separatçı, həbs, Karlos Puçdemon, Kataloniya
Əlaqədar
Karles Puçdemon Belçikadan sığınacaq məsələsinə aydınlıq gətirdi
Separatçı liderin həbsinə beynəlxalq order verildi
Separatçı liderdən açıqlama: "Peşman deyiləm"