Tükr Silahlı qüvvələri Afində

Türkiyə terrorçuların üzünü belə açdı - FOTOLAR

483
(Yenilənib 17:07 24.03.2018)
Türkiyə Silahlı Qüvvələri partlayıcı və bombalı tələlərin fotolarını "Twitter" ünvanından yayımlayıb

BAKI, 24 mart — Sputnik. Afrində əhalini və təhlükəsizlik qüvvələrini hədəf alan terrorçuların yerləşdirdiyi əldəqayırma partlayıcıların təmizlənməsi davam edir.

Türkiyə Silahlı Qüvvələri Kezyan yaşayış məntəqəsində təmizləmə əməliyyatı
© Photo : Milliyet.com.tr
Türkiyə Silahlı Qüvvələri Kezyan yaşayış məntəqəsində təmizləmə əməliyyatı

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Kezyan yaşayış məntəqəsində kustar üsulla hazırlanmış dörd ədəd partlayıcı qurğunun məhv edildiyini açıqlayıb.

Türkiyə Silahlı Qüvvələri Kezyan yaşayış məntəqəsində təmizləmə əməliyyatı
© Photo : Milliyet.com.tr
Türkiyə Silahlı Qüvvələri Kezyan yaşayış məntəqəsində təmizləmə əməliyyatı

Həmçinin Şeyx Hədid bölgəsində terrorçuların istifadə etdiyi tunellərin girişlərində quraşdırılan on ədəd partlayıcı da zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələri Kezyan yaşayış məntəqəsində təmizləmə əməliyyatı
© Photo : Milliyet.com.tr
Türkiyə Silahlı Qüvvələri Kezyan yaşayış məntəqəsində təmizləmə əməliyyatı

Türkiyə Silahlı Qüvvələri partlayıcı və bombalı tələlərin fotolarını "Twitter" ünvanından yayımlayıb. Onlar terrorçuların qaçarkən geridə qoyduğu xəyanətkar tələləri yaymaqla, onların iş üzünü bütün dünyaya göstəriblər.

483
Teqlər:
Afrin, partlayıcı qurğu, Türkiyə Silahlı Qüvvələri
Çap maşını, arxiv şəkli

Çin jurnalistlərini ölkədən çıxaran ABŞ-a "cavab zərbəsi" hazırlayır

4
(Yenilənib 17:02 04.08.2020)
"Global Times" qəzetinin baş redaktoru Xu Sitszin: "ABŞ tərəfinin jurnalistlərin vizasını uzatmadığını nəzərə alan Çin, ən pis ssenariyə hazırlaşır"

BAKI, 4 avqust — Sputnik. Çin Xalq Respublikası "ən pis ssenari"yə hazırlaşır. Çünki çinli jurnalistlərin hamısının ABŞ-ı tərk etməsi lazım gələcək. Bu barədə məlumatı "Global Times" qəzetinin baş redaktoru Xu Sitszin verib. Onun sözlərinə görə, bu halda Pekin cavab tədbirləri, o cümlədən Honkonqda yerləşən amerikalı jurnalistlərə qarşı tədbirlər görəcək.

"ABŞ tərəfinin Çin jurnalistlərinin vizasını uzatmadığını nəzərə alan ÇXR tərəfi ən pis ssenariyə hazırlaşır. Çünki Çin jurnalistlərinin hamısının ABŞ-ı tərk etməsi lazım gələcək. Bu halda Çin cavab zərbəsi endirəcək və Honkonqda yerləşən amerikalı jurnalistlərlə bağlı müvafiq tədbirlər görəcək", - deyə baş redaktor "Twitter"-də yazıb.

RİA Novosti xəbər verir ki, ABŞ-la Çin arasında ziddiyyətlər koronavirus epidemiyasının KİV-də işıqlandırılması ilə əlaqədar kəskinləşib.

ABŞ Çinin bir sıra dövlət KİV-dən Amerika ərazisində fəaliyyət göstərən jurnalistlərin sayını azaltmağı tələb edib ki, bu da 60 jurnalistin faktiki olaraq ölkədən çıxarılmasına səbəb olub.

Çin isə öz növbəsində "New York Times", "Wall Street Journal" və "Washington Post" qəzetlərinin ÇXR ərazisində fəaliyyət göstərən amerikalı müxbirlərinə qarşı jurnalist vəsiqələrini təhvil vermək tələbini irəli sürüb. Həmçinin ABŞ-dan olan jurnalistlərin ölkəni tərk etməsi tələb olunub.

4
 Koronavirus qarşı peyvənd, arxiv şəkli

COVID-19 vaksininin uşaqlar üzərində sınaqlarının tarixi məlum olub

88
(Yenilənib 16:00 04.08.2020)
Sınaqlar qışda başlayacaq çünki böyüklər üzərində koronavirus peyvəndi testlərinin üçüncü mərhələsi təxminən beş ay davam edəcək. Sınaqlarda təxminən iki min insan iştirak edəcək.

BAKI, 4 avqust — Sputnik. Rusiyanın Qamaleya adına Milli Tədqiqat Mərkəzi COVID-19 peyvəndinin uşaqlar üzərində tədqiqinə gələn ilin yanvar-fevral aylarında başlamağı planlaşdırır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə mərkəzin direktoru Aleksandr Gintsburq bildirib.

"Biz bu sənəd paketini işləyib hazırlamağa başlamışıq, çünki institut heç vaxt uşaqlar üzərində sınaq aparmayıb. Pediatrlar bu xüsusiyyətləri bilirlər və biz onlarla birlikdə Səhiyyə Nazirliyinə təqdim edəcəyimiz sənədlər paketini yazırıq ki, uşaqlar üzərində bunu həyata keçirə bilək – amma yalnız böyüklər üzərində bütün tədqiqatları bitirdikdən sonra", - Ginsburq bildirib.

Onun sözlərinə görə, sınaqlar qışda başlayacaq, çünki böyüklər üzərində koronavirus peyvəndi testlərinin üçüncü mərhələsi təxminən beş ay davam edəcək. Sınaqlarda təxminən iki min insan iştirak edəcək.

Koronavirusa qarşı Rusiya peyvəndinin sınaqları

Bundan əvvəl Rusiya Səhiyyə naziri Mixail Muraşko Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış peyvəndin klinik sınaqlarının başa çatdığını elan edib.

O, hökumətin oktyabrda kütləvi peyvəndləmə aparmaq niyyətində olduğunu vurğulayıb. Peyvəndlər ilk növbədə "xüsusi qruplar"nın nümayəndələrinə – tibb işçilərinə və müəllimlərə veriləcək.

Mütəxəssislər preparatı Müdafiə Nazirliyi ilə birgə işləyib hazırlayıblar. İyulun sonunda hərbi hospitaldan sınaqlarda iştirak etmiş 20 könüllünün ikinci qrupu buraxılıb. Onların hər birində immun reaksiya yaranıb, heç bir yan təsir və ya ağırlaşma aşkar edilməyib.

"Vektor" mərkəzi də öz vaksininin klinik sınaqlarını həyata keçirməyə başlayıb. Bu vaksinin istehsalı noyabrda başlaya bilər.

88
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda daha 226 nəfər COVID-19-a yoluxub

3
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

BAKI, 4 avqust - Sputnik. Azərbaycanda koronavirus infeksiyasına yeni 226 yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089-dur. 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

3