Ankarada polis, arxiv şəkli

Türkiyə inanılmaz əməliyyat: Qramı 4 milyon dollar olan nadir maddə tutuldu

1207
(Yenilənib 21:25 19.03.2018)
Sadəcə Amerikada və Rusiyada istehsal olunan kalifornium ilk dəfə 1950-ci ilə ABŞ-ın Kaliforniya Universitetində əldə edilib

BAKI, 19 mart — Sputnik. Türkiyə polisi Ankarada keçirdiyi əməliyyat zamanı dəyəri 70 milyon dollar olan kalifornium maddəsi aşkarlayaraq ələ keçirib.

Sputnik Azərbaycan "Sözcü"yə istinadən xəbər verir ki, ən nadir kimyəvi maddə hesab olunan kaliforniumdan nüvə silahlarının başlıqlarında və Atom Elektrik Stansiyalarında istifadə olunur.

Sadəcə Amerikada və Rusiyada istehsal olunan kalifornium ilk dəfə 1950-ci ilə ABŞ-ın Kaliforniya Universitetində əldə edilib. Universitetin şərəfinə həmin maddə “kalifornium” adlandırılıb. Onun bir qramı 4 milyon dollar dəyərindədir.

Polis hadisə ilə bağlı əlavə məlumat verməyib.

1207
Teqlər:
həbs, kimyəvi maddə, kalifornium, Türkiyə

SputnikPro: "feyk-nyus" nədir onunla necə mübarizə aparmalı

19
Sputnik Beynəlxalq informasiya agentliyi və radiosu yenidən Bakıda SputnikPro təhsil proqramına start verir. Paytaxtda Rusiyanın ən yaxşı media menecerləri və KİV-də nəhəng iş təcrübəsinə malik aparıcı mütəxəssislərin unikal ustad dərsləri seriyası başlanır.

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsləri seriyası başlanıb. Rusiyalı mütəxəssislər azərbaycanlı həmkarlarına "feyk-nyus"un nə olması və onunla necə mübarizə aparmaq barədə, habelə bir çox məşhur feyklərin yaranması səbəblərindən danışırlar.

"Feyk-nyus barədə qəşəng və maraqlı fikirlər" mövzusunda ustad dərsini RİA Novosti-nin "İnanmıram!" (Не верю!) antifeyk resursunun aparıcıları və Artyom Buftyak danışırlar.

 

19
 Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədə diplomatik missiyasının başa çatması ilə əlaqədar Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovu qəbul edərkən

Lukaşenko azərbaycanlı səfirə: "Ümid edirəm ki, Belarus hər zaman qəlbinizdə qalacaq"

8
(Yenilənib 15:30 26.07.2021)
Prezident Aleksandr Lukaşenbko deyib ki, Belarus və Azərbaycan münasibətləri nəinki qoruyub saxlayıb, hətta inkişaf etdirib.

BAKI, 26 iyul — Sputnik. Belarus və Azərbaycan münasibətləri nəinki qoruyub saxladı, hətta inkişaf etdirdi. Sputnik Azərbaycan BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədə diplomatik missiyasının başa çatması ilə əlaqədar Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovu qəbul edərkən bildirib.

"Nəsə pis bir ənənədir: bizim ən yaxşı dost səfirlər yola düşür və sizdən sonra gələnlərin bizim yaxşı dostlarımız olacağına ümid edirik. Biz sizin səlahiyyət müddətinizdə olduğu kimi Azərbaycanla ən xoş münasibətlər qura biləcəyik. Azərbaycanla yaxşı əlaqələrimizin olacağına şübhə etmirəm, çünki bütün səviyyələrdə bu münasibətləri qarşılıqlı anlaşma əsasında qurmağı bacardıq", - deyə Lukaşenko bildirib.

Belarus prezidenti hər iki ölkənin xalqları arasında xoş, mehriban və sıx dostluq münasibətləri qurulduğunu vurğulayıb: "Biz bunu tez-tez qardaşlıq münasibətləri adlandırırıq. Bu, Sovet İttifaqı dövründən qalma yaxşı münasibətlər nümunəsidir: bir vaxtlar biz eyni dövlətin tərkibində olarkən yaxşı, gözəl münasibətlərimiz var idi. Biz bu münasibətləri nəinki qoruyub saxladıq və inkişaf etdirməyə nail olduq. Bu işdə sizin də payınız az deyil. Siz xalqımızın əsl dostusunuz. Mən çox ümid edirəm ki, bundan sonra həyatınızın növbəti mərhələsində harada işləməyinizdən asılı olmayaraq, Belarus hər zaman qəlbinizdə qalacaq".

Lukaşenko Belarusda baş verən mürəkkəb proseslərə anlayışla yanaşdığına görə azərbaycanlı diplomata minnətdarlığını bildirib. Prezident həmçinin Belarus tərəfinin ötən il Azərbaycan və Ermənistan arasında gərginləşən münaqişədən narahatlıq keçirdiyini söyləyib: "Əsasən Azərbaycanın və sizin prezidentinizin mövqeyi sayəsində vəziyyəti sabitləşdirə və mövcud problemlərin sülh yolu ilə həllinə nail oldunuz. Əlbəttə ki, sülhə gedən yol yeni başlayıb".

Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafından danışan Aleksandr Lukaşenko, Belarusun hər zaman texniki və texnoloji yardım göstərməyə hazır olduğunu qeyd edib. O, Belarusa karbohidrogen xammalı tədarükünə görə Azərbaycan tərəfinə təşəkkür etdi.

Belarus Prezidenti ilə görüşdən sonra Lətif Qəndilov Azərbaycan ilə Belarus arasındakı münasibətlərin möhkəm təmələ sahib olduğunu, ölkələrin hər zaman irəliyə baxdıqlarını və özləri üçün vacib hədəflər qoyduqlarını bəyan edib: "Bu illər ərzində qarşıya qoyulan bütün vəzifələri həyata keçirə bildik. Bizim həll olunmamış məsələlərimiz, həll olunmamış problemlərimiz yoxdur. Belarus bizim üçün qardaş dövlətdir. Bu dövlətin nüfuzu çox yüksəkdir. Həmişə sizinlə olmuşuq və olacağıq".

8
Güclü külək şimal bölgəsində fəsadlar törətdi

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

0
Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

BAKI, 26 iyul — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-dən başlayaraq 29-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Bu barədə FHN-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, xüsusilə, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Təhlükə zamanı 112-yə zəng etməyi unutmayın!

Həmçinin oxuyun:

* Xəzər dənizində hava şəraiti ilə bağlı xəbərdarlıq edildi: Dalğalar 7 metrə çatacaq

 

0