Niqablı qadın, arxiv şəkli

Səudiyyə Ərəbistanında inqilabı qərar: Qara çarşab yığışdırılır

95
(Yenilənib 21:23 19.03.2018)
Səudiyyə Ərəbistanda vəliəhd şahzadə Salman ölkədəki qadınlar üçün inqilab xarakterli qərarını açıqlayıb

BAKI, 19 mart — Sputnik. Səudiyyə Ərəbistanında islahatlar davam edir. Vəliəhd şahzadə Salman tərəfindən açıqlanan son islahat isə ölkədəki qadınları çox yaxından maraqlandırır.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Salman səudiyyə qadınlarının uyğun bir şəkildə geyindikləri təqdirdə, çarşab geymək məcburiyyətində olmadıqlarını söyləyib. Vəliəhd şahzadə deyib ki, şəriət qanunları çox açıqdır, qadınların uyğun bir şəkildə geyinmələri lazımdır. Bunun qara çarşab şəklində olması isə məcburi deyil.

O, bildirib ki, qadının hicab üçün qara rəngdən istifadə etməsi öz seçimidir.

95
Teqlər:
geyim, imtina, qadağa, çarşab, Səudiyyə Ərəbistanı