Stüardessa təyyarədən yıxılıb öldü

© AFP 2023 / STREntebbe aeroportu
Entebbe aeroportu - Sputnik Azərbaycan
Abunə olmaq
2017-ci ilin dekabrında analoji hal Moskvanın Vnukovo hava limanında da baş verib

BAKI, 17 mart — Sputnik. Stüardessa təyyarəədn yıxılıb öldü. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, “Emirates” aviaşirkətinin stüardessası Entebbe (Uqanda) hava limanında təyyarənin açıq olan qəza qapısından düşüb və ağır zədə alaraq xəstəxanada dünyasını dəyişib.

Bədbəxt hadisə heyətin uçuşa hazırlaşması zamanı baş verib. Hələ ki, qəza qapısının hansı səbəbdən açıldığı və stüardessanın necə düşdüyü məlum deyil.

Ağır zədələr almış qadın əməkdaş xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Emirates rəhbərliyindən bildirilib ki, şirkət ölən əməkdaşın ailəsinə yardım edəcək və hadisənin araşdırlması üçün dəstək göstərəcək.

Xatırladaq ki, 2017-ci ilin dekabrında analoji hal Moskvanın Vnukovo hava limanında da baş verib.

Xəbər lenti
0