Soğan və limon

Bu reseptlə böyrəklərinizi təmizləyin

1134
(Yenilənib 03:31 14.03.2018)
Böyrəklərin iş orqanizmi təmizləməkdən ibarətdir, əgər onlar öz funksiyasını yerinə yetirə bilməzsə, onda bütün zəhərli maddələr bədəndə toplanacaq

BAKI, 14 mart — Sputnik. Böyrək ən mühüm orqanlardan biridir. O toksinlərin qandan süzülməsinə və detoksifikasiyaya görə cavab verir.

Buna görə də onu qorumaq və sağlamlığına nəzarət etmək lazımdır. Əks halda, əsl dəhşətə çevriləcək ciddi fəsadlarla üzləşə bilərsiniz. Çünki böyrəklərin iş orqanizmi təmizləməkdən ibarətdir, əgər onlar öz funksiyasını yerinə yetirə bilməzsə, onda bütün zəhərli maddələr bədəndə toplanacaq.

Sputnik Azərbaycan publika.az-a istinadən oxucuları böyrəkləri təmizləyən təbii müalicə vasitəsilə tanış edir.

İnqrediyentlər:

 

  • 2 ədəd çiy soğan;
  • 2 ədəd limon;
  • 3 dəstə cəfəri;
  • 2 litr su.

 

Hazırlanma qaydası:

Suyu qazana töküb qaynadın. Doğranmış soğan dilimlərini, iki limon suyunu və cəfərini qaynamış suya əlavə edin. İki saatdan çox soyumasını gözləyin. Sonra qarışığı süzgəcdən keçirin.

2 litr müalicəvi suyu gün ərzində 5-6 porsiyaya bölmək olar. Çünki onun sidikqovucu xassələri çox güclüdür və bu içkini həftədə yalnız 3 gün istifadə etmək olar. 1 və ya 2 həftədən sonra detoksifikasiya prosesini təkrarlayın.

Böyrəklərin təmizlənməsi zamanı daha çox duzda olan natrium istehlakını məhdudlaşdırmalısınız, həmçinin doymuş yağlar, şəkər və digər zərərli ərzaqlardan qaçmaq lazımdır. Əksinə, qida rasionunda tərkibi su ilə zəngin olan meyvə və tərəvəzlərə yer verin. Paxlalı bitkilər, göbələk və balıq da yaxşı seçimdir.

Əks göstəriş: Bu içki bəzi insanlarda xoşagəlməz reaksiya yarada bilər. Odur ki, soğan suyu turşu reflüksündən əzab çəkənlərə, hipertoniya və hipoglikemiya olan xəstələrə məsləhət deyil.

1134
Teqlər:
müalicə, böyrək, xəstəlik
Əlaqədar
Ürəyin və böyrəklərin sağlamlığını istəyirsinizsə...
Böyrəklərinizdə problem varsa, mütləq oxuyun!
Bu iki qida böyrəklərimizi məhv edir
Böyrək çatışmazlığından əziyyət çəkən aktyor: "40 min dollara ehtiyacım var"
Lady Qaqa

Ledi Qaqa büsbütün dəyişdi

10
(Yenilənib 22:51 26.02.2021)
35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

BAKI, 26 fevral — Sputnik. Albomları və "A Star Is Born" filmindəki aktrisalıq qabiliyyəti ilə müzakirələrə səbəb olan Ledi Qaqa xarici görünüşündə dəyişiklik edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, 35 yaşlı Qaqa Roma şəhərində yeni stildə görüntülənib. Tanınmamaq üçün maska və qara gün eynəyindən istifadə edən ifaçının bu cəhdi boşa çıxıb.

Hazırda film çəkillişlərində iştirak edən Ledi geyim tərzini və saç rəngini dəyişib. O, bunu rol aldığı ekran işi üçün edib.

Qeyd edək ki, Qaqa "Gucci" adlı ekran əsərində çəkilir.

10
Oskar mükafatı

Srebrenitsa soyqırımından bəhs edən film "Oscar"a namizəddir - VİDEO

6
"Hara gedirsən, Aida?" filmi nüfuzlu "Venesiya" və "Toronto" film Festivalı da daxil olmaqla, bir çox film festivallarında mükafat qazanıb

BAKI, 26 fevral — Sputnik. Bosniyalı rejissor Jasmila Jbanicin Türkiyənin TRT yayımçısı və TRT ilə əməkdaşlığı ilə lentə alınan, Srebrenitsa soyqırımından bəhs edən "Hara gedirsən, Aida?" ("Quo Vadis, Aida?") adlı filmi "Ən yaxşı xarici film" nominasiyasında "Oscar" mükafatına namizəd olub.

Sputnik Azərbaycan "TRT Russian"-a istinadən xəbər verir ki, filmdəki hadisələr Srebrenitsa şəhərindəki BMT bazasında, qadınlar və uşaqlar da daxil olmaqla minlərlə Bosniyalının Serbiya ordusu tərəfindən öldürüldüyü yerlərdə lentə alınıb. Sarayevoda anadan olan Jbanic, Bosniya müharibəsinin izlərini, o günlərin şahidlərinin dilindən təsvir edib. "Hara gedirsən, Aida?" filmi nüfuzlu "Venesiya" və "Toronto" film Festivalı da daxil olmaqla, bir çox film festivallarında mükafat qazanıb.

Qeyd edək ki, Srebrenitsa soyqırımı 1995-ci ilin iyulunda, keçmiş Yuqoslaviyada baş verib. Bu soyqırımı zamanı Serb ordusu ən azı 8300 bosniyalı müsəlmanı Srebrenitsa şəhərində qətlə yetirib.

6
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

0
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

0