Dilucu gömrük-keçid məntəqəsində əməliyyat keçirildi: Tutulanlar var

© Photo : Haber7.comDilucu gömrük-keçid məntəqəsində əməliyyat
Dilucu gömrük-keçid məntəqəsində əməliyyat - Sputnik Azərbaycan
Abunə olmaq
Gömrük işçilərinin evlərində axtarış aparılıb

BAKI, 13 mart — Sputnik. Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasındakı Dilucu gömrük-keçid məntəqəsində polisin keçirdiyi əməliyyat nəticəsində 40 nəfər saxlanılıb. Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, saxlanılanlar rüşvət almaqda şübhəli bilinirlər.

Aparılan texniki və fiziki təqiblərdən sonra polislər səhər saatlarında əməliyyat keçirib, gömrük işçilərinin evlərində eyni zamanda axtarış aparılıb. Onlar saxta ixracat, fırıldaqçılıq, rüşvətxorluq və qaçaqmalçılıqda ittiham olunurlar.

Polisə gətirilən şübhəlilərin ədliyyə orqanına təhvil veriləcəyi bildirilib.

Xəbər lenti
0