Vladimir Putin

Putin Dağıstana gözlənilməz səfər etdi

228
(Yenilənib 17:50 13.03.2018)
Rusiya prezidenti respublikanın sosial-iqtisadi inkişaf məsələləri ilə bağlı ayrıca iclas keçirəcək

BAKI, 13 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putin Dağıstana işgüzar səfərə gedib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. "Mahaçqalada prezidentin respublika ictimaiyyətinin nümayəndələri ilə görüşü planlaşdırılır" — deyə Peskov bildirib.

Onun sözlərinə görə, Putin respublikanın sosial-iqtisadi inkişaf məsələləri ilə bağlı ayrıca iclas keçirəcək.

Almaniya kansleri Angela Merkel və Vladimir Putin
© REUTERS / Bernd Von Jutrczenka

İlin əvvəlindən etibarən Dağıstanda qanunlara nə dərəcədə riayət olunması ilə bağlı genişmiqyaslı yoxlamalar aparılır. Yoxlamalar baş prokurorun müavini İvan Sıdorukun rəhbərlik etdiyi idarələrarası komissiya tərəfindən həyata keçirilir.

Fevralın 25-də Dağıstan Daxili İşlər Nazirliyinin cinayət-axtarış şöbəsinin rəisi, polkovnik Xaybul İbnuxacarovun saxlanması barədə məlumat verilib. O, maliyyə hesabatlarında fırıldaqçılığa yol verməkdə şübhəli bilinir.

Fevralın əvvəllərində isə respublika hökumətinin rəhbəri Abdusəməd Həmidov və daha bir neçə məmur dələduzluqda şübhəli bilinərək saxlanılıb. Yanvarın 21-də Mahaçqala meri Musa Musayev 80 milyon rublluq torpaq maxinasiyası işi ilə bağlı həbs edilib.

Əvvəllər Kreml Dağıstanda yüksək vəzifəli şəxslərin həbsini siyasi böhran kimi qiymətləndirməkdən imtina etmişdi. Rusiya prezidentini mətbuat katibi bunu hüquq-mühafizə orqanlarının fəaliyyətinin davamı kimi şərh etmişdi.

228
Teqlər:
Dağıstan, Vladimir Putin, səfər
Əlaqədar
Putindən tarixi etiraf: "Təyyarəni vurmaq əmri verdim"
Putindən ABŞ-a sərt ittiham: “Məsuliyyəti siz daşıyırsız”
Vladimir Putin ənənəsinə sadiq qaldı - VİDEO
Putinin seçki kampaniyasına 350 milyon xərclənib