Türkiyə təyyarəsi qəzaya uğradı: Sağ qalan yoxdur

© AFP 2023 / OZAN KOSETürk hava Yollarının təyyarəsi, arxiv şəkli
Türk hava Yollarının təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi məlumatlara görə, təyyarədə Hüseyin Başaranın qızı da olub

BAKI, 11 mart — Sputnik. İranda Türkiyəyə məxsus özəl təyyarə qəzaya uğrayıb.

Sputnik Azərbaycan "Sözçü"yə istinadla xəbər verir ki, "TC-TRB Challenger 604" tipli təyyarə Başaran Holdinqə aiddir.

Birləşmiş Ərəb Əmirliklərindən İstanbula uçan təyyarə Tehranın cənubunda, Bahtiyari əyaləti ərazisindəki Şehrekürd şəhəri yaxınlığında qəzaya uğrayıb. Dağlıq əraziyə düşən təyyarə yerə çırpılaraq yanmağa başlayıb. Təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfər olduğu və qəzada onların hamısının həyatını itirdiyi barədə məlumat verilir.

Bəzi məlumatlara görə, təyyarədə Hüseyin Başaranın qızı da olub.

Xəbər lenti
0