Türkiyə Silahlı Qüvvələri: Afrinə 2 km qaldı, atışma gedir

© REUTERS / Khalil AshawiAfrin
Afrin - Sputnik Azərbaycan
Abunə olmaq
Hərəkatın 51-ci günündə məhv edilən terrorçuların sayı 3291-ə çatıb

BAKI, 11 mart — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin PKK/PYD/YPG terror təşkilatına qarşı başladığı "Zeytun Budağı" əməliyyatı tam gücü ilə davam edir. Sputnik Azərbaycan xəbər verir ki, əsgərlərin Afrin şəhər mərkəzinə girməsi üçün cəmi 2 kilometr qalıb.

TSK-dan verilən məlumatda qeyd edilir ki, hərəkatın 51-ci günündə məhv edilən terrorçuların sayı 3291-ə çatıb. Son 24 saatda 96 terrorçu öldürülüb.

Əməliyyatda iştirak edən Azad Suriya Ordusu Afrinin qərbindəki kəndləri təmizləyə-təmizləyə irəliləyir. Bölgədə atışma davam edir.

Xəbər lenti
0