Vladimir Putin

Rusiya lideri varisindən danışdı

150
(Yenilənib 22:28 10.03.2018)
“Son qərar Rusiya Federasiyası vətəndaşları tərəfindən verilir”

BAKI, 10 mart — Sputnik. Rusiya lideri Vladimir Putin hələ 2000-ci ildən özündən sonrakı varisi barədə düşündüyünü, lakin onun tövsiyəsinin önəmli olmadığını, seçkilərin xalq tərəfindən həyata keçirildiyini qeyd edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, o, bu barədə NBC telekanalına müsahibəsində bildirib.

Putin qeyd edib ki, özü varis haqqında düşünür: “Düşünmək zərərli deyil. Ancaq sonda onsuz da seçkini Rusiya xalqı reallaşdırır. Mənim kiməsə simpatiyamın olması və ya kimdənsə xoşumun gəlməməsindən asılı olmayaraq bütün namizədlər seçkiyə gəlir və son qərar Rusiya Federasiyası vətəndaşları tərəfindən verilir”.

Putin hakimiyyət dəyişikliyindən sonra onun prezidentliyi dövründə qurulanların dağılacağı barədə qorxulardan da danışıb: "Sizin ekspertləriniz öz istədikləri fikirləri bildirir. Mən bu haqda çox cəfəngiyat eşitmişəm. Axı siz niyə düşünürsünüz ki, məndən sonra Rusiya hakimiyyətinə gələn insanlar mənim son illərdə etdiklərimi dağıtmağa hazır olacaq? Bəlkə elə olacaq ki, bu insanlar Rusiyanı möhkəmləndirmək, onun üçün daha parlaq gələcək yaratmaq fikrində olacaqlar?" deyə o bildirib.

150
Teqlər:
seçki, açıqlama, varis, Vladimir Putin