Messi

Messi ata oldu, “Barsa”nın heyətindən çıxarıldı

67
(Yenilənib 16:29 10.03.2018)
Onun həyat yoldaşı Antonello Rokkuzo ötən gecə üçüncü uşağı dünyaya gətirib

BAKI, 10 mart — Sputnik. İspaniyanın “Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi  “Malaga” bu gün oynanılacaq oyunda meydana çıxmayacaq. Sputnik Azərbaycan “Sözçü”yə istinadla xəbər verir ki, Messi ümumiyyətlə kadra daxil edilməyib.

Klubun rəsmi səhifəsində futbolçunun “şəxsi səbəblərdən” heyətdən çıxarıldığı bildirilir. İspaniya mətbuatı argentinalı hücumçunun üçüncü dəfə ata olduğunu iddia edir. Xəbərə görə, onun həyat yoldaşı Antonello Rokkuzo ötən gecə üçüncü uşağı dünyaya gətirib. Argentinalı ulduz da bu səbəbdən özəl icazə alıb.

67
Teqlər:
ata, Lionel Messi, "Barselona"