"Zeytun Budağı"-nın 50-ci günü: Öldürülənlərin sayı artır

© REUTERS / Khalil AshawiAfrin
Afrin - Sputnik Azərbaycan
Abunə olmaq
Son 24 saat ərzində 45 terrorçu öldürülüb

BAKI, 10 mart — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin məlumatına görə, Suriyada PKK/PYD/YPG terror qruplaşmasına qarşı başlanılan "Zeytun Budağı” hərəkatı tam gücü ilə davam edir.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatın 50-ci gününə olan məlumata görə, artıq 3195 terrorçu məhv edilib. Baş qərargahın məlumatına görə, son 24 saat ərzində 45 terrorçu öldürülüb.

Xəbər lenti
0