Amerika polisi

ABŞ-da növbəti qanlı dram: Özünü girovları öldürdü

94
(Yenilənib 10:37 10.03.2018)
Hadisə yerinə polis və digər güc strukturlarının nümayəndələri cəlb olunub

BAKI, 10 mart — Sputnik. ABŞ-ın Kaliforniya ştatında naməlum şəxs veteranlar evində 3 nəfəri öldürüb. Sputnik Azərbaycan ABC-yə istinadla xəbər verir ki, naməlum şəxs girovlarla bərabər özünü də öldürüb.

İnsident Yuntvil şəhərində qeydə alınıb. Silahlı şəxs Veteranlar Evinin binasına daxil olaraq 3 nəfəri girov götürüb. Hadisə yerinə polis və digər güc strukturlarının nümayəndələri cəlb olunub.

“Hadisəni törədənin şəxsiyyəti artıq müəyyənləşdirilib. Lakin polis hələ ki, məlumatı ictimaiyyətə açıqlaya bilməz” – deyə Nap dairəsinin şerifi Con Robertson bildirib. Hadisənin motivləri barədə də hər hansı məlumat verilmir.

Veteranların işi üzrə departamentin məlumatına əsasən, Yuntvildə yerləşən müəssisədə 1000-ə yaxın insan yaşayır.

94
Teqlər:
qətl, girov, ABŞ
Əlaqədar
Silahlı şəxs 3 veteranı girov götürüb
Bacısını girov qoyub pul qazanmaq istədi, alınmadı
Uşaq bağçasında girov dramı: yaralılar var
Bıçaqlı şəxs bağçada uşaqları girov götürdü

Müxalifətdən Paşinyana ultimatum: "Getməsən..."

12
(Yenilənib 18:40 05.12.2020)
Şənbə günü on minlərlə etirazçı Yerevanın mərkəzinə toplaşaraq baş nazirin istefasını tələb edib. Mitinqdən sonra etirazçılar Paşinyanın hökumət malikanəsinə yönəliblər

BAKI, 5 dekabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın malikanəsinin qarşısına toplaşan etirazçılar onun gələn çərşənbə axşamınadək istefa verməsini tələb ediblər. 

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

"Çərşənbə axşamı saat 12:00-dək istefa verməsinə görə Paşinyana vaxt veririk. Əgər o bunu etməsə, bütün ölkədə itaətsizlik aksiyaları başlanacaq. Əgər o, çərşənbə axşamınadək getməsə, biz özümüz onu çıxaracağıq", - müxalif "Daşnaksütun" partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.

Qeyd edək ki, şənbə günü on minlərlə etirazçı Yerevanın mərkəzinə toplaşaraq baş nazirin istefasını tələb edib. Mitinqdən sonra etirazçılar Paşinyanın hökumət malikanəsinə yönəliblər. Hazırda etiraz aksiyası bitmiş elan edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb, kəndlərin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

12
Teqlər:
istefa, Nikol Paşinyan, mitinq, etiraz aksiyası, Yerevan, Ermənistan
UNO, arxiv şəkli

Uçan naməlum obyektin fotosu yayıldı

7
(Yenilənib 17:58 05.12.2020)
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) uçan naməlum obyekt hesabatı mətbuata sızdırılıb. Fotoşəkildə Atlantik Okeanından 35.000 fut yüksəklikdə üçbucaq şəklində bir cisim görülür

BAKI, 5 dekabr — Sputnik. ABŞ qırıcı təyyarəsinin pilotu tərəfindən çəkilən uçan naməlum obyektin (UNO) fotosu yayılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu günlərdə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) uçan naməlum obyekt haqda hesabatı mətbuata sızdırılıb. Belə ki, 2018-ci ildə bir ABŞ qırıcı təyyarəsinin pilotu tərəfindən çəkilən uçan naməlum obyektin fotosu mediada dərc olunub.

Fotoşəkildə Atlantik Okeanından 35.000 fut yüksəklikdə üçbucaq şəklində bir cisim görülür.

Pentaqon hesabatlarında fotoşəkli çəkən pilotun verdiyi ifadəyə görə, naməlum obyektin yüksək sürətlə hərəkət etdiyi və ona görə də təqibinin mümkün olmadığı deyilib. Onun sözlərinə görə, bu cisim anidən gözdən itib.

Ancaq Pentaqon mətbuatda səsləndirilən iddialarla bağlı rəsmi bir açıqlama verməyib.

Qeyd edək ki, bundan öncə Pentaqon UNO görüntülərini araşdırmaq üçün yeni bir müşahidə qurumu yaradıb, 6 ayda bir UNO araşdırmalarını və əldə edilən məlumatları ictimaiyyətlə paylaşacaqlarını bildirib. 

Xatırladaq ki, bu ilin aprel ayında Pentaqon əvvəllər gizli sənədlər olaraq xarakterizə etdiyi UFO görüntülərini gözlənilmədən ictimaiyyətə açıqlamış və bu, ABŞ-da gündəm olmuşdu.

7
Teqlər:
media, foto, Pentaqon, UNO
Qandal, arxiv şəkli

Gəncədə narkotik satan alan şəxslər saxlanılıblar

0
(Yenilənib 18:33 05.12.2020)
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb

BAKI, 5 dekabr — Sputnik. Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, Gəncə şəhər sakinləri - 31 yaşlı Tahir Əliyev və əvvəllər məhkum olunmuş, 27 yaşlı Orxan Sadıqov saxlanılaraq ŞBPİ-yə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman O.Sadıqovun üzərindən ümumi çəkisi 1 qram, T. Əliyevin üzərindən isə 2 qram narkotik vasitə olan "marixuana" aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Əliyevə məxsus, şəhər ərazisində yerləşən fərdi evinə baxış keçirilən zaman 1 kiloqram 056 qram çəkidə, narkotik vasitə olan qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Aparılan araşdırmalar zamanı həmin şəxslərə narkotik vasitə satan şəxsin əvvəllər məhkum olunmuş, Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Ramil Əliyev olduğu müəyyən edilib. Onun yaşadığı fərdi yaşayış evində keçirilən əməliyyat-axtarış zamanı üzərindən 15 ədəd kağız bükümlərdə, ümumi çəkisi 15 qram, evin dam örtüyünün altından isə ayrı-ayrı sellofan torbalarda və şüşə bankalarda qablaşdırlımış, ümumi çəkisi 4 kiloqram 025 qram qurudulmuş "marixuana" aşkar edilərək götürülüb.

Faklarla bağlı araşdırmalar davam etdirilir.

0
Teqlər:
Gəncə, narkotik maddə, narkotacir, narkotik