Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İki "dəli" prezidentin ilk dəfə qarşılaşması dünyaya nə vəd edir?

© AP Photo / Ahn Young JoonTramp Kim Mun
Tramp Kim Mun - Sputnik Azərbaycan
Abunə olmaq
"Tramp - Çen In görüşündən konkret nəticə gözləmək sadəlövhlük olar"

BAKI, 9 mart — Sputnik. Şimali Koreya lideri Kim Çen Inla ABŞ prezidenti Donald Trampın mayın sonuna qədər üz-üzə görüşəcəkləri barədə xəbər vermişdik. Sputnik xəbər verir ki, bunu Cənubi Koreya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Çanq Eyi Yanq Vaşinqtonda amerikalı rəsmilərlə keçirdiyi görüşlərdən sonra deyib.

Donald Tramp - Sputnik Azərbaycan
Əsrin görüşü reallaşmaq üzrədir

Ağ Evin həyətində jurnalistlərə tarixi açıqlama verən Yanq, hər iki tərəfin görüşə razı olduğunu bildirib. Müşavir Yanq Vaşinqtona gəlməzdən öncə Şimali Koreyanın paytaxtı Pxenyanda bu ölkənin prezidenti Kim Çen Inla görüşmüşdü.

Mövzunu Sputnik Azərbaycan-a dəyərləndirən politoloq İlqar Vəlizadə, tarixin görüşün gərgin keçə biləcəyinə işarə edib: "Əgər görüş baş tutarsa, çox güman ki, gərgin keçəcək. Çünki tərəflərin baxışları əks diametraldır".

"Deyilən tarixə qədər hazırlıq prosesi olmalıdır. Bu proses özü danışıqların hansı səviyyədə keçəcəyini göstərəcək. Prezidentlərdən əvvəl xarici işlər nazirləri bir araya gəlməli və gündəmi tərtib etməlidirlər. Tramp — Çen In görüşündən konkret nəticə gözləmək sadəlövhlük olar" — İlqar Vəlizadə deyib.

Qeyd edək ki, yarım əsrdir gərgin olan Koreya yarımadasında son vaxtlar "mülayim rüzgarlar" əsməkdədir. 1950-ci illərdən indiyədək düşmən olan Şimali və Cənubi Koreya, 2018-ci il Qış Olimpiya oyunlarında bir bayraq altında çıxış etmişdilər.

Olimpiadadan əvvəl və sonra iki ölkənin rəsmiləri arasında geniş tərkibli görüşlər keçirilmiş, son olaraq KXDR rəhbəri Kim Çen In Cənubi Koreyadan olan yüksək vəzifəli rəsmi şəxsləri Pxenyandakı iqamətgahında qəbul etmişdi.

Xəbər lenti
0