NATO-dan Türkiyəyə Afrin təklifi

© REUTERS / Khalil AshawiAfrin
Afrin - Sputnik Azərbaycan
Abunə olmaq
NATO Türkiyəyə Afrindəki əməliyyatının miqyasını və müddətini azaltmağı təklif edib

BAKI, 9 mart — Sputnik. Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı əməliyyatın miqyası və müddəti məhdudlaşdırılmalıdır. APA-nın verdiyi xəbərə görə, bu barədə NATO baş katibinin müavini Rouz Qetemüller bildirib.   

"Türkiyə Alyansın dəyərlərini unutmamalıdır. Afrindəki əməliyyata gəlincə, bu, o deməkdir ki, proporsionallıq prinsipinə əməl edilməlidir, mülki şəxslər hədəf olmamalıdır, əməliyyatın miqyası və müddəti mümkün qədər məhdudlaşdırılmalıdır", — deyə Rouz Qetemüller Brüssel Forumunda çıxışı zamanı bildirib. 

Xəbər lenti
0