Coca-Cola

Tarixi şirkət inanılmaz addım atdı

47
(Yenilənib 01:46 08.03.2018)
Şirkətin bu addımı atmasının bir səbəbi də son zamanlar insanların şəkərli və qazlı içkilərdən sürətlə imtina etməsidir

BAKI, 8 mart — Sputnik. “Coca-cola” şirkəti 125 illik təcrübəsində ilk dəfə alkoqollu içki istehsal etməyi qərara alıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət bunu tarixi hadisə kimi dəyərləndirib.

Yeni alkoqollu içkinin Yaponiya bazarında satılması nəzərdə tutulur. Şirkət "tyuxan" bitkisindən hazırlanan kokteyllərdən gəlir əldə etməyə çalışır. Bu içki spirtdən hazırlanır və əsasən qadınlar arasında çox sevilir.

Şirkətin bu addımı atmasının bir səbəbi də son zamanlar insanların şəkərli və qazlı içkilərdən sürətlə imtina etməsidir. Satışı azalan şirkət gəlirini bu yolla artırmaq istəyir.

47
Teqlər:
kokteyl, alkoqol, gəlir, Coca-Cola

İsraillilər dua edərkən tribuna çökdü - VİDEO

6
(Yenilənib 23:05 16.05.2021)
İsrailin Givat-Zeev yaşayış məntəqəsində sinaqoqun tribunası çöküb, xeyli adam yaralanıb. Hadisə yerindən video sosial şəbəkələrdə yayılıb.

KİV-in məlumatına görə, hadisə zamanı yaralananların sayı artıq 160 nəfəri ötüb. İki nəfərin həlak olduğu deyilir. Daha altı nəfərin vəziyyəti ağırdır. 

Hüquq mühafizə orqanları dini ayin keçirilən zaman bütün təhlükəsizlik qaydalarına riayət olunub-olunmamasını araşdırır.

6
Teqlər:
yaralılar, çökmə, tribuna, sinaqoq, İsrail

Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

8
Milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

BAKI, 16 may - Sputnik. Gürcüstanın Dmanisi rayonunda azərbaycanlılarla svanlar arasında kütləvi dava düşüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı APA yerli sakinlərə istinadən yayıb. Xəbərə görə, insident bu gün saat 5 radələrində rayonun “9 aprel” küçəsində baş verib.

Sakinlərin məlumatına görə, milliyyətcə svan olan bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilovun işlətdiyi mağazanın qarşısına gələrək ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

Hadisə zamanı bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilir. Q.Şamilovun sözlərinə görə, dava svanların aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbi ilə baş verib.
Faktla əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

Eləcə də oxuyun:

Tbilisidə Azərbaycan və Türkiyə əleyhinə təxribat baş verib

* "Gürcüstana qarşı Rusiyanın mövqelərini dəstəkləməliyik" – Millət vəkili

Gürcüstan DTX Azərbaycanla münasibətlərə qəsdən zərər vurmaq cəhdlərinin olduğunu açıqladı

 

8
Teqlər:
azərbaycanlılar, Gürcüstan, dava