PKK/YPG/PYD terror təşkilatındakı azyaşlı uşaqlar

Sübut var: PKK azyaşlılardan belə istifadə edir

157
(Yenilənib 10:40 08.03.2018)
İnsan Haqları İzləmə Komitəsi də bu məsələni dəfələrlə gündəmə gətirib

BAKI, 8 mart — Sputnik. PKK/YPG/PYD terror təşkilatının azyaşlı uşaqlardan istifadəsini sübut edən görüntülər yayılıb. Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, fotoşəkillər Suriyanın Afrin şəhərində ələ keçib.

Şəkillər yeniyetmə uşaqların PKK-YPG tərkibində vuruşduğunu, təşkilatın onlara hərbi təlim keçdiyini sübut edir.

PKK/YPG/PYD terror təşkilatındakı azyaşlı uşaqlar
© Photo : TIMETURK
PKK/YPG/PYD terror təşkilatındakı azyaşlı uşaqlar

İnsan Haqları İzləmə Komitəsi də dəfələrlə bu məsələni gündəmə gətirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birgə Afrində PYD-yə qarşı əməliyyat aparır. Əməliyyat nəticəsində indiyədək 2783 terrorçu məhv edilib.

157
Teqlər:
PKK/YPG/PYD, terror təşkilatı, uşaqlar
Ermənistan parlamenti

Ermənistan parlamentində dava düşdü, qadın kişi deputatlar bir-birinə qarışdı - VİDEO

16
(Yenilənib 20:04 26.11.2020)
"Çiçəklənən Ermənistan" Partiyasının deputatı Naira Zohrabyan: "Paşinyan Azərbaycanda cizgi filmlərinin qəhrəmanına çevrilib".

BAKI, 26 noyabr - Sputnik. Ermənistan parlamentinin bugünkü iclasında dava düşüb.

Sputnik Ermənistan-ın məlumatına görə, hadisə “Mənim addımım” fraksiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı olub.

Danielyan “Çiçəklənən Ermənistan” Partiyasının deputatı Mikael Melkumyanın “nəvələrimizə müharibədə məğlub olduğumuzu necə başa salaq?” sualına kobud cavab verib.

Son nöqtə "Çiçəklənən Ermənistan"ın deputatı Naira Zohrabyana ünvanlanan irad olub. Zohrabyan Paşinyanın Azərbaycanda cizgi filmlərinin qəhrəmanı olduğunu söylədikdə, Danielyan ona irad tutub: "Siz də Azərbaycanda superulduzsunuz."

Bundan sonra zalda gərginlik yaranıb, deputatlar bir-birinin üstünə gedib. Zala mühafizəçilərin çağırılması ilə gərginlik aradan qalxıb.

 

16
Teqlər:
Azərbaycan, Ermənistanın baş naziri Nikol Paşinyan, baş nazir Nikol Paşinyan, Nikol Paşinyan, Ermənistan
Nurlan İbrahimov, arxiv şəkli

"Qarabağ" klubu onun mətbuat katibinə qarşı UEFA-dan ağlasığmaz qərar

21
Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

BAKI, 26 noyabr — Sputnik. UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.

UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.

"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".

21
Teqlər:
ermənilər, Ermənistan, UEFA, "Qarabağ", Qarabağ FK

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

0
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

0