Cenevrədə avtomobil şousu

Cenevrə avtoşousu: Uçan taksi gəlir...

70
(Yenilənib 23:42 07.03.2018)
"Gələcək taksi"də sərnişinlər üçün altı yer nəzərdə tutulur

BAKI, 7 mart — Sputnik. Cenevrədə ən yeni super avtomobillərin nümayişi başlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, sərgidə Hollandiya istehsalı olan “Pal-v Liberaty” uçan maşın yer alıb. Avtomobil və vertolyotun hibridi olan uçan maçının satışa çıxarılması 2019-cu ilə nəzərdə tutulub.

Sərgidə BMW özünün yeni nəsil “M8 Gran Coupe”-ni nümayiş etdirilib. Bu avtomobilin digərlərindən fərqi rənginin "xamelion" olmasıdır. Avtomobil qəhvəyi rəngdən yaşıl rəngə kimi dəyişə bilir.

“Giperkar Hennessey's Venom F5” dünyanın ən sürətli avtomobili olmağa iddialıdır. Bu avtomobil saatda 482 kilometr sürət yığa bilir. Maşın 1600 at gücünə malikdir.

“Renault”-dan “EZ-GO” konsepsiyası – sürücüsüz elektrikli avtomobildir. Bu "gələcək taksi"də sərnişinlər üçün altı yer nəzərdə tutulur. Bu avtomobili 2030-cu ildə istifadəyə verməyi düşünürlər.

Cenevrədə həmçinin “McLaren Senna GTR”, dörd qapılı konsepsiya olan “Giugiaro Sibylla” və idman stilindəki “Aston Martin Vantage” nümayiş etdirilib.

70
Teqlər:
avtoşou, uçan avtomobil, sərgi, avtomobil
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

12
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

12
ABŞ bayrağı, arxiv şəkli

ABŞ daha rejimləri devirməyəcək, xeyri yoxdur...

21
Amerikalılara televiziya ilə müraciətində Entoni Blinken qeyd edib ki, hazırkı hökumət demokratiyanı dəstəkləməkdən imtina etmir.

BAKI, 3 mart - Sputnik. ABŞ bundan belə rejimləri devirərək demokratiyanı güclə yeritməkdən əl çəkəcək. Çünki bunun artıq heç bir nəticəsi yoxdur. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Amerikalılara televiziya ilə müraciətində o qeyd edib ki, hazırkı hökumət demokratiyanı dəstəkləməkdən imtina etmir.

"Ancaq biz onu bahalı hərbi əməliyyatlar və ya avtoritar rejimləri güclə yıxmaq yolu ilə təşviq etməyəcəyik. Keçmişdə bu cür taktikanı sınadıq, niyyətimizin nə qədər xoş olmasına rəğmən, bu taktika işləmədi", - dövlət katibi deyib.

Onun sözlərinə görə, Vaşinqton bunu "başqa cür" edəcək, islahat və demokratiya cəhdlərində nümunə olmaqla.

Xatırladaq ki, Münhen konfransında ABŞ prezidenti Co Bayden "Amerikanın dünya arenasına qayıtdığını" bəyan etmişdi. Onun xarici siyasətində əsas yeri isə Avropa ilə əməkdaşlıq tutacaq.

21
Teqlər:
demokrat, dünya, ABŞ