ABŞ-ın vitse-prezidenti Mayk Pens

ABŞ-dan İrana ultimatum: Son şansınızdır

1046
(Yenilənib 12:23 06.03.2018)
Mayk Pens: "Qarşıdakı aylarda mövcud nüvə sazişi nəzərdən keçirilməsə, ABŞ dərhal sazişdən çıxacaq"

BAKI, 6 mart — Sputnik. "Biz İranın nüvə silahı hazırlamasına imkan verməyəcəyik". Sputnik Azərbaycan İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens açıqlama verib.

İran yeni ballistik raketini sınaqdan keçirib
© AFP 2020 / Mahmood Hosseini /TASNIM NEWS

Pens iddia edib ki, İran nüvə başlıqlı ballistik raketlərin hazırlanmasına çalışır, üstəlik terror təşkilatlarını dəstəkləyir. O, Ağ Ev rəhbəri Donald Trampın nüvə razılaşması ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün Tehrana qarşı yeni sanksiyalar tətbiq edilməsini istəmədiyini xatırladıb.

"Ancaq bu, o demək deyil ki, Tehrana hər zaman güzəştlər ediləcək. Amerikanın belə bir niyyəti yoxdur. Bu, İranın son şansıdır. Qarşıdakı aylarda mövcud nüvə sazişi nəzərdən keçirilməsə, ABŞ dərhal sazişdən çıxacaq", — Pens vurğulayıb.

Xatırladaq ki, 2015-ci ildə İran və altılıq ölkələri (ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa və Almaniya) İranın nüvə probleminin həlli mövzusunda razılığa gəliblər. Dünən isə Beynəlxalq Atom Enerjisi Agentliyi rəsmi Tehranın nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirdiyini açıqlayıb.

1046
Teqlər:
Mayk Pens, nüvə silahı, sanksiya, saziş, Tehran, İran, ABŞ
Əlaqədar
Politoloq Səudiyyə Ərəbistanı və İran arasındakı gərginliyin səbəblərini açıqladı
İran Suriya barədə xəbərdarlıq etdi
İranda sərnişin təyyarəsi qəzaya uğradı, çoxlu sayda ölən var
İrandan Türkiyəyə absurd tələb: Geri qayıdın

Çavuşoğlu Qarabağ məsələsini NATO-nun gündəminə gətirdi

4
(Yenilənib 22:33 26.11.2020)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ və digər regional münaqişələri müzakirə ediblər.

BAKI, 26 noyabr - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, telefon danışığı zamanı tərəflər regional gündəmin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağı müzakirə ediblər.

Türkiyə XİN rəhbəri və NATO-nun baş katibi Şərqi Aralıq dənizi, Əfqanıstan və Liviya böhranı barədə də fikir mübadiləsi aparıblar.

Çavuşoğlu Stoltenberqə İrini Hərəkatı çərçivəsində Aralıq dənizindəki Türkiyə ticarət gəmisində axtarış aparılmasının beynəlxalq hüquqa zidd və yolverilməz olduğunu bildirib.

4
Teqlər:
Aralıq dənizi, Liviya, Dağlıq Qarabağ, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO

Ermənistandakı hərbi bazada Rusiya hərbçisinin cəsədi tapılıb

18
(Yenilənib 21:33 26.11.2020)
Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə əsasında hərbçinin ölümü ilə bağlı araşdırma aparır. H

BAKI, 26 noyabr - Sputnik. Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu ölü tapılıb.

Bu barədə Sputnik Ermənistan-a Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib. Ermənistan İstintaq Komitəsinin Şirak Regional İstintaq İdarəsi hazırda hərbçinin ölümü ilə bağlı materialları toplayır.

Bildirilir ki, 36 yaşlı rus hərbçinin həyat əlamətləri olmayan cəsədi onun hərbçi yoldaşları tərəfindən aşkar edilib. Onun üzərində hər hansı zorakılıq əlamətlərinə rast gəlinməyib: 

"Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə əsasında hərbçinin ölümü ilə bağlı araşdırma aparır. Hərbçinin cəsədində zorakılıq əlamətlərinə rast gəlinməyib".

Hazırda hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

Cinayət xəbərləri saytı shamshyan.com-un yazdığına görə, ölən şəxs 36 yaşlı müqaviləli hərbçi A.P.-dir.

18