Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Oskar"a qanunsuz yolla sahib çıxmağa çalışan şəxs həbs olundu

© AFP 2023 / Mark RalstonFrensis Makdormand
Frensis Makdormand - Sputnik Azərbaycan
Abunə olmaq
Tutulan şəxsin kimliyi barədə məlumat verilməyib

BAKI, 6 mart — Sputnik. ABŞ polisi ən yaxşı qadın roluna görə aktrisa Frensis Makdormanda verilən "Oskar" mükafatını oğurlamağa cəhddə şübhəli bilinən şəxsi həbs edib. Sputnik Azərbaycan bu barədə CNN-ə istinadən xəbər verir. Tutulan şəxsin kimliyi barədə məlumat verilməyib.

Статуя Оскар, фото из архива - Sputnik Azərbaycan
"Oskar" mükafatları sahiblərinə təqdim olundu

Xatırladaq ki, martın 5-də "Oskar" mükafatının 90-cı təqdimetmə mərasimi keçirilib. Mərasim dəbdəbəli Dolbi teatrında gerçəkləşib. Film sektorunda önə çıxan ən yaxşı filmlər və aktyorlar mükafatlandırılıb.

Mükafar alan filmləri və aktyor-aktrisaları təqdim edirik:

Ən yaxşı rejissor: "Suyun forması" – Qilyermo del Toro

Ən yaxşı film: "Suyun forması"

Ən yaxşı aktrisa: Fransis Mekdormand

Ən yaxşı ikinci dərəcəli aktrisa: Ellisen Cenni

Ən yaxşı kişi aktyor: Geri Oldmen

Ən yaxşı ikinci dərəcəli aktyor: Sem Rokvel

Ən yaxşı makiyaj: "Qaranlıq zamanlar"

Ən yaxşı kostyum dizaynı: Mark Bridces

Ən yaxşı sənədli film: "Icarus"

Ən yaxşı səsləndirmə: "Dunkirk"

Ən yaxşı prodakşn işi: "Suyun forması"

Xarici dildə ən yaxşı film: "Fantastik qadın"

Ən yaxşı qısa animasiya filmi: "Əziz, Basketbol"

Ən yaxşı animasiya filmi: "Koko"

Ən yaxşı dijital effektlər: "Ülgüc üzərində qaçan 2049"

Ən yaxşı qurğu: "Dunkirk"

Ən yaxşı qısa sənədli film: "Cənnət – 405 nömrəli şossedə tıxac"

Ən yaxşı qısa film: "Sakit uşaq"

Ən yaxşı uyğunlaşdırılmış ssenari: Ceyms Ayvori – "Məni öz adınla çağır"

Ən yaxşı görüntü rejissoru: Rocer Dikinq – "Ülgüc üzərində qaçan 2049"

Ən yaxşı musiqi: Aleksandr Desplat – "Suyun forması"

Ən yaxşı mahnı: Koko – "Xatırla məni"

Xəbər lenti
0