Kilsə

İsa peyğəmbər heç şəkillərdə gördüyümüz kimi olmayıb

261
(Yenilənib 00:35 05.03.2018)
Con Teyler "İsa peyğəmbər necə olub" adlı kitabında bu haqda geniş informasiya verib

BAKI, 5 mart — Sputnik. İsa peyğəmbərin görünüşü ikonalarda çəkilən kimi olmayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu London Kral kollecinin professoru Con Teyler deyib. O, özünün "İsa peyğəmbər necə olub" adlı kitabında bu haqda geniş informasiya verib.

Professor bildirir ki, peyğəmbər orta boylu, arıq, bığlı və saqqallı bir kişi olub. İngiltərəli alimin araşdırmasına görə, İsa peyğəmbərin 1 metr 70 sm boyu olub, bu da o dövrün kişiləri üçün orta boy sayılıb.

Kitabın müəllifi qeyd edir ki, peyğəmbər uzun saç saxlamayıb. Əksinə gigiyenaya fikir verib və qısa saçlı olub. Çox səyahət etməyi, hərəkətdə olmağı onun çox arıq olmasına səbəb olub. İsa Məsih fiziki cəhətdən də güclü biri imiş.

261
Əlaqədar
Xristianların əsas bayramı ləğv olundu: peyğəmbərin vətənində qarşıdurma
Bu kənddə şok əməliyyat: Peyğəmbərin möhürünü gizlədən şəxs həbs olundu
Peyğəmbərin karikaturasını yayan adamı cərimələdilər
İsa peyğəmbərin "Sirli şam yeməyi"nin müəmması çözüldü
Türkiyənin hərbi nümayəndə heyəti Azərbaycana gəlib

Türkiyənin hərbi rəhbərliyi Bakıdadır - FOTOLAR

7
(Yenilənib 11:06 13.08.2020)
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin birinci mərhələsinin son epizodunu izləyəcək.

BAKI, 13 avqust — Sputnik. Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də axşam saatlarında Azərbaycana səfərə gəlib.

© AR Ministry of Defense
Türkiyənin hərbi nümayəndə heyəti Azərbaycana gəlib

Bu barədə Sputnik Azərbaycan Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növləri komandanları Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

7
Koronavirus modeli, arxiv şəkli

Həkim koronavirusun insanın beynini necə sıradan çıxarmasından danışıb

12
(Yenilənib 23:44 12.08.2020)
Leyla Namazova-Baranova: "COVID-19-u hətta yüngül formada keçirmiş hər bir xəstənin beyni, beyninin strukturları dəyişikliklərə məruz qalır"

BAKI, 13 avqust — Sputnik. SARS-CoV-2 koronavirusu yalnız tənəffüs yollarını deyil, həm də beyini və mərkəzi sinir sistemini sıradan çıxarır. Bunu "Millətin sağlamlığı - Rusiyanın çiçəklənməsinin əsasıdır" forumunda RF Pediatrlar İttifaqının prezidenti Leyla Namazova-Baranova bildirib.

"COVID-19-u hətta yüngül formada keçirmiş hər bir xəstənin beyni, beyninin strukturları dəyişikliklərə məruz qalır", - deyə həkim bildirib.

Onun sözlərinə görə, bu, iy və dad itkisi kimi simptomlar tərəfindən də təsdiqlənir. "Onlar birbaşa mərkəzi sinir sisteminin məğlubiyyətini göstərir", - həkim deyib.

Namazova-Baranova xatırladıb ki, ötən aylar ərzində həkimlər və alimlər virusun yaratdığı çoxsaylı insult hallarını, eləcə də digər nevroloji təzahürləri təsvir ediblər.

"Millətin sağlamlığı - Rusiyanın çiçəklənməsinin əsasıdır" forumu bu il avqustun 11-dən 13-dək Moskvada keçirilir.

Koronavirusun mərkəzi sinir sisteminə təsiri

Alimlər artıq koronavirusun sinir sistemi üçün təhlükəsi barədə xəbərdarlıq ediblər. Belə ki, Şimal-Qərb Universitetinin (ABŞ) nevrologiya professoru, doktor İqor Koralnikin başçılıq etdiyi tədqiqatçılar Northwestern Medicine tibb mərkəzindəki bütün COVID-19 pasiyentlərinin retrospektiv analizini həyata keçiriblər. Məlum olub ki, nümunə üçün seçilmiş tədqiqat iştirakçılarının təxminən yarısı nevroloji simptomlara malikdir. Onlar baş ağrısı, başgicəllənmə, sayıqlığın azalması, diqqətin konsentrasiyası ilə bağlı çətinliklər, qıcolmalar, əzələ ağrıları, həmçinin iy və dad pozulmalarından əziyyət çəkirlər.

Həkimin sözlərinə görə, COVID-19-un nevroloji disfunksiya yaratmasının bir çox müxtəlif səbəblər var. Bu xəstəlik bir neçə orqana (ağciyər, böyrək, ürək) təsir edə bilər. Eyni zamanda beyin də işemik və ya hemorragik iflicə səbəb ola biləcək oksigenləşmənin çatışmaması, qan dövranının pozulması və qan laxtalanmasından əziyyət çəkə bilər.

12
Teqlər:
beyin, COVID-19, Koronavirus
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ÜST Rusiyada qeydiyyatdan keçən peyvəndlə bağlı münasibət açıqladı
"Rusiyanın koronavirus peyvəndi: dahiyanə hər şey kimi sadədir"
Sübut olunmasa, da çəkindirirlər: COVID-ə yoluxan hamilələr üçün qızıl qiymətində cavablar
Koronavirusa qarşı peyvənddən xəstələnmək olarmı?
Koronavirusun daha bir qeyri-adi simptomu üzə çıxıb
Qonaqlıq, arxiv şəkli

Əvvəllər yeyib-içənləri tuturdular, indi onun şəklini paylaşanları

0
(Yenilənib 12:35 13.08.2020)
Polis əməkdaşları tərəfindən orada iştirak etmiş 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

BAKI, 13 avqust — Sputnik. Saatlı rayonundakı fərdi yaşayış evlərinin birində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edərək xüsusi karantin qaydalarını kobudcasına pozublar.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, daha sonra həmin şəxslər təşkil etdikləri məclisin fotoşəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Saatlı RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yeyib-içmək məclisi təşkil edən həmin şəxslər müəyyən edilib. Polis əməkdaşları tərəfindən orada iştirak etmiş 11 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq cərimə ediliblər.

0