Leninqrad

Ana 4 övladından birini öldürüb, ətini digərlərinə yedirib - Dəhşətli faktlar

306
(Yenilənib 22:48 03.03.2018)
Bu hadisələrdən təsirlənən sovet yüksək rütbəli zabitləri əsgərlərə insan əti yeyən hər kəsi öldürməyi əmr edir

BAKI, 3 mart — Sputnik. Leninqrad mühasirəsi ikinci dünya müharibəsinin müqəddəratını həll edən əsas hadisələrdən biri kimi qəbul edilir. Mühasirə 3 ilə yaxın davam edib.

Mühasirə zamanı minlərlə insan aclıqdan və xəstəlikdən tələf olub. Əvvəlcə şəhərdə küçə heyvanlarını yeyib bitirən insanlar, aclıqdan ölməmək üçün son çarə olaraq bir-birilərini yeməyə başlayıblar.

Ana ən kiçik övladının əti ilə digər 3 uşağını bəsləyir

Sputnik Azərbaycan minval.info-ya istinadla xəbər verir ki, 1941-ci ildə başlayan mühasirə 1943-cü ildə bitir. Şəhərə daxil olan Sovet qoşunlarını gördüklərindən şoka düşür. Şəhərin küçələri sümüklərinə qədər yeyilmiş insan cəsədləri ilə dolu olur.

Burada yaşanan bir hadisə isə hər kəsin qanını dondurur. Şəhərdə bir ananın öz övladlarını doyuzdurmaq üçün ən kiçik övladını öldürdüyü məlum olur. Ancaq bu tək belə qan donduran hadisə bu olmur. Bundan başqa bir atanın öz həyat yoldaşını öldürüb əti ilə övladlarını qidalandırması məlum olur.

Bu hadisələrdən təsirlənən sovet yüksək rütbəli zabitləri əsgərlərə insan əti yeyən hər kəsi öldürməyi əmr edir. İnsan əti yediyi məlum olan insanlar sovet əsgərləri tərəfindən bir yerə toplanılır.

Ancaq qısa bir zamanda belə insanların sayı üç mini keçir. Şəhər əhalisinin demək olar hamısının insan əti yediyi məlum olduqdan sonra rütbəlilər yeni bir şey fikirləşməli olur.

İnsan əti yeyənlər iki kateqoriyaya ayrılır. Cinayət işləyib insan əti yeyənlər və leş ət yeyənlər. Cinayət işləyənlər öldürülür və ya həbsə atılır. Həbsə atılanlardan bəzilərinin bunu vərdiş etdiyi və digər məhbusları da yeməyə çalışdığı deyilir. Bu insanlar isə sonradan edam edilib.

306
Teqlər:
Mühasirə, Leninqrad mühasirəsi, insan əti, öldürmək

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

9
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

9
 Rusiyada epdimioloji vəziyyət

Vaksini tapıblar, amma xeyri yoxdur: bir gündə 586 nəfər öldü

12
(Yenilənib 16:03 19.01.2021)
Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

 

BAKI, 19 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 21734 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 586 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3612800-ə çatıb. Rusiyada pandemiya yayılandan 66623 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3002026-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95.5 milyonu keçib, 1,04 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

0
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

0