Ərdoğan sözünü dedi: “Afrindən sonra Menbiç təmizlənəcək”

© AFP 2023 / DELIL SOULEIMANMenbiç şəhəri, Suriya
Menbiç şəhəri, Suriya - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə prezidentinin sərt bəyanatından sonra ABŞ-dan diqqətçəkən açıqlama gəlib

BAKI, 2 mart — Sputnik. “Amerikalılar bizim Menbiçə nə qədər əhəmiyyət verdiyimizi yaxşı bilir. Afrindən sonra əməliyyat istiqaməti Menbiçdir”.

Sputnik Azərbaycan "Sözcü"yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "ABŞ Suriyanın Menbic bölgəsi ilə bağlı Türkiyənin mövqeyi barədə məlumatlıdır.  Afrin terrorçulardan təmizlənəndən sonra ordumuz Menbiçin azad olunması üzrə hərbi əməliyyata başlayacaq”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Əlcəzair prezidenti Əbdüləziz Buteflika arasında görüş - Sputnik Azərbaycan
Ərdoğan jurnalisti sual verməyinə peşman etdi

“Menbiçin etnik tərkibi PYD terrorçuları tərəfindən dəyişdirilib. Bu bölgədə əhalinin 90 faizini təşkil edən ərəblər oradan tamamilə qovulub” – Ərdoğan qeyd edib.

Türkiyə prezidentinin sərt bəyanatından sonra ABŞ-dan diqqətçəkən açıqlama gəlib. Adının açıqlanmasını istəməyən yüksək rütbəli amerikalı rəsmi, Menbiç problemi ilə bağlı Türkiyə ilə razılıq əldə olunduğunu söyləyib.

"Menbiçin idarəçiliyinin PYD-də olması Amerika üçün şərt deyil. Ümumiyyətlə ABŞ, İŞİD-lə mübarizə tam bitəndən sonra PYD ilə siyasi, hərbi əlaqələri durduracaq" – o deyib.

Xəbər lenti
0