Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə sərhəddəki Hatay vilayətində

Türkiyə atəşkəs xəbərdarlığına məhəl qoymadı dünyaya meydan oxudu

1733
(Yenilənib 13:21 01.03.2018)
"Türkiyə hərbi əməliyyatları bir ay müddətinə dayandırmalıdır"

BAKI, 1 mart — Sputnik. Almaniyanın Xarici İşlər Nazirliyi Türkiyənin Afrindəki "Zeytun budağı" əməliyyatı ilə bağlı atəşkəs çağırışı edib. Sputnik Azərbaycan bu barədə "Haberler"-ə istinadən xəbər verir.

Nazirlikdən bildirilib ki, BMT Təhlükəsizlik Şurasında (TŞ) qəbul edilən 30 günlük atəşkəs Afrin bölgəsini də əhatə edir: "BMT-də əldə olunan 30 günlük atəşkəs razılığı bütün Suriyanı əhatə edir. Türkiyə hərbi əməliyyatları bir ay müddətinə dayandırmalıdır".

Oxşar bəyanatı ABŞ Dövlət Departamenti də yayıb. Departament sözçüsü Hezər Nauret (Heather Nauret) qeyd edib ki, türk tərəfi BMT TŞ-də qəbul edilən atəşkəs razılaşmasını düzgün oxumalı və əməliyyatı dərhal dayandırmalıdır.

Rəsmi Ankara isə, təklifləri qətiyyətlə rədd edib. Prezident Rəcəb Tayyib Ərdoğan bütün təzyiqlərə baxmayaraq, Afrini PYD terrorçularından təmizləyəcəklərini söyləyib.

"Əjdahanı yaralı buraxmaq olmaz. Şanlı ordumuz Afrin bölgəsini terrorçulardan təmizləyənə qədər əməliyyat davam edəcək. Sözügedən atəşkəs razılaşmasında Afrinin adı qeyd olunmayıb. Bizi aldada bilməzlər", — Ərdoğan bildirib.

1733
Teqlər:
"Zeytun budağı" əməliyyatı, Afrin, Xarici İşlər Nazirliyi, atəşkəs, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, Almaniya
Əlaqədar
Türkiyədə limanda partlayış olub
Türk ordusunun zəfərləri davam edir
Türkiyə ABŞ-ın yalanının üstünü açdı
Türkiyənin Berlindəki səfirliyinə hücum edilib
Türkiyədən Salih Müslim qərarına sərt etiraz: Terroru dəstəklədiniz
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Putin Lukaşenko 33 rusiyalının saxlanılmasını müzakirə ediblər

0
Yaranan vəziyyətin iki ölkə arasında əməkdaşlıq üçün xarakterik olan qarşılıqlı anlaşma ruhunda həll ediləcəyinə əminlik ifadə edildi.

BAKI, 7 avqust — Sputnik. Rusiya Prezidenti Vladimir Putin telefonla Belarusdan olan həmkarı Aleksandr Lukaşenko ilə respublikada 33 Rusiya vətəndaşının saxlanılmasını müzakirə edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Yaranan vəziyyətin iki ölkə arasında əməkdaşlıq üçün xarakterik olan qarşılıqlı anlaşma ruhunda həll ediləcəyinə əminlik ifadə edildi", - deyə Kremlin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, Moskva Belarusda sabit ölkədaxili vəziyyətin saxlanılmasında və sakit mühitdə prezident seçkilərinin keçirilməsində maraqlıdır.

Bu arada, Belarus Prezidentinin mətbuat xidməti vurğulayıb ki, ölkə başçıları vəziyyəti "ən ciddi şəkildə həll etməyə çalışırlar".

"Prezidentlər yaranmış vəziyyətin əsl səbəblərini müəyyən etmək, günahkarları tapmaq və onları məsuliyyətə cəlb etmək üçün mövcud olan hər bir faktı mümkün qədər əsaslı və hərtərəfli şəkildə öyrənməyə dair razılığa gəldilər", - deyə rəsmi Minskin yaydığı məlumatda bildirilir.

0
ABŞ dollarları, arxiv şəkli

Qarşılayın! Bu da yeni ultramilyarderimiz

4
(Yenilənib 16:01 07.08.2020)
Zukerberqin sərvəti ona məxsus "Instagram" tətbiqində yeni "Reels" servisinin işə salınması fonunda "Facebook" şirkətinin səhmlərinin bahalaşması hesabına artıb

BAKI, 7 avqust — Sputnik. "Facebook" şirkətinin yaradıcısı və rəhbəri Mark Zukerberqin sərvəti ilk dəfə olaraq 100 milyard dolları keçib. Bu barədə Sputnik Azərbaycan "Bloomberg" nəşrinə istinadən xəbər verir.

Bununla da o dünyada yeni ultramilyarder olub. Daha əvvəl ultramilyarder adını "Amazon" şirkətinin rəhbəri Ceff Bezos və "Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts qazanmışdı.

Zukerberqin sərvəti ona məxsus "Instagram" tətbiqində yeni "Reels" servisinin işə salınması fonunda "Facebook" şirkətinin səhmlərinin bahalaşması hesabına artıb. "Reels" funksiyası "TikTok" tətbiqinə bənzəyir.

4