Türkiyə Silahlı Qüvvələri Suriyada

Türk ordusunun zəfərləri davam edir

671
(Yenilənib 13:03 28.02.2018)
Hərbi əməliyyat nəticəsində 2184 PYD/YPG və İŞİD terrorçusu məhv edilib

BAKI, 28 fevral — Sputnik. Suriyanın Afrin bölgəsində 1 aydan çoxdur davam edən hərbi əməliyyat nəticəsində 2184 PYD/YPG və İŞİD terrorçusu məhv edilib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı yayıb.

"Dost və qardaş Suriya xalqını terrorçuların zülmündən xilas etmək, onları qorumaq üçün apardığımız hərbi əməliyyat uğurla davam edir. Türkiyənin sərhədlərini terrordan təmizləməyi qarşısına məqsəd qoyan şanlı ordumuz 1 aydan çoxdur davam edən əməliyyat zamanı 2184 PYD/YPG/KCK/PKK və İŞİD terrorçusunu zərərsizləşdirib", — TSQ-dan bildirilib.

Qeyd edək ki, yanvarın 20-də — əməliyyat başlayan gündən indiyədək Suriyanın Afrin bölgəsində 150-ə yaxın yaşayış məntəqəsi, strateji yüksəkliklər terrorçulardan azad edilib.

671
Teqlər:
Afrin bölgəsi, TSQ, hərbi əməliyyat, Türkiyə Silahlı Qüvvələri, YPG, PYD, Suriya, terrorçu, İŞİD
Əlaqədar
Türkiyə ABŞ-ın yalanının üstünü açdı
Türkiyədən Salih Müslim qərarına sərt etiraz: Terroru dəstəklədiniz
Türkiyənin düşməni azadlığa buraxıldı
Çexiya ilə Türkiyə arasında "terrorçu" danışıqları
Rusiya qırıcıları Türkiyə sərhədində görüntülənib
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan partiyasına Qarabağla bağlı tapşırıq verdi

7
(Yenilənib 15:13 25.11.2020)
Türkiyə Prezidenti: Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ölkəmizin dəstəyi sayəsində Azərbaycan toprağı olan Qarabağdakı erməni işğalı sona çatıb, münaqişənin uzunmüddətli həlli istiqamətində ümidlər ilk dəfə artıb. 

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışı zamanı bildirib.

O, Kəlbəcərin işağldan azad edildiyini və artıq Qarabağda Azərbaycan bayrağının dalğalandığını da qeyd edib: 

"Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb".

Türkiyə Prezidenti həmçinin lideri olduğu partiya yetkililərinə tapşırıb ki, hamı Dağlıq Qarabağla bağlı prosesə dəstək verməli və yeni reallıqlara uyğun addımlar atılmalıdır.

7
Teqlər:
AKP, Kəlbəcər, Dağlıq Qarabağ, Qarabağ, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, Rəcəb Tayyip Ərdoğan, Ərdoğan
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğandan müjdə: "Ən geci aprel ayına qədər ..."

72
(Yenilənib 13:55 25.11.2020)
Türkiyə Prezidenti: İndi pandemiyanın yayılmasının qarşısını ala bilməsək, daha sonra üzücü tədbirlər görmək məcburiyyətində qala bilərik. Millətimizdən səbir və dəstək gözləyirik.

BAKI, 25 noyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus əleyhinə Türkiyə istehsalı olan peyvəndlə bağlı önəmli mərhələyə gəlindiyini açıqlayıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Ərdoğan hakim partiyanın parlament qrup toplantısında çıxışı zamanı bildirib.

"İndi pandemiyanın yayılmasının qarşısını ala bilməsək, daha sonra üzücü tədbirlər görmək məcburiyyətində qala bilərik. Millətimizdən səbir və dəstək gözləyirik. Maska, məsafə, təmizlik qaydalarına riayət edərsək, digər tədbirlərə ehtiyac qalmaz", - deyə Ərdoğan qeyd edib.

O, həmçinin koronavirus əleyhinə Türkiyə istehsalı olan peyvəndin yaradılmasında da önəmli irəliləyişə nail olunduğunu bildirib:

"Ən gec aprel ayında öz peyvəndimizi tətbiq etmə səviyyəsinə qədər inkişaf etdirməyi planlaşdırırıq. Öz istehsal etdiyimiz peyvəndi bütün insanlığın xidmətinə təqdim etmək düşüncəsindəyik".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

72
Teqlər:
Ərdoğan, Rəcəb Tayyib Ərdoğan hakimiyyəti, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rəcəb Tayyib Ərdoğan, korona virusu, Koronavirus, epidemiya, COVID-19
 Prezident İlham Əliyev, arxiv şəkli

Prezident: Biz informasiya məkanında qələbə qazandıq

0
İlham Əliyev: "Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu".

BAKI, 25 noyabr — Sputnik. "Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu", - deyə Prezident bildirib.

O qeyd edib ki, ilk günlərdən Qarabağ probleminin hərbi və siyasi yollarla həll edilməli olduğunu deyib:

"Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram".

"Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!", - deyə İlham Əliyev əlavə edib.

0