O ses Turkiyə səhnə

"O Səs Türkiyə"ni daha bir münsif tərk etdi

96
(Yenilənib 10:39 28.02.2018)
"Athena" qrupunun rəhbəri olan Gökhan Özoğuz 2014-cü ildən "O səs Türkiyə"nin münsiflər heyətinə daxil olub

BAKI, 27 fevral — Sputnik. “Atena” qrupunun solisti Gökan Özoğuz pərəstişkarlarını həm sevindirəcək, həm də kədərləndirəcək açıqlama verib. "O səs Türkiyə" mahnı yarışmasının münsiflərindən olan Gökhan Özoğuz proqramdan ayrıldığını açıqlayıb.

Sputnik Azərbaycan "Milliyet"ə istinadən xəbər verir ki, o, bundan sonra müğənni karyerasına daha çox vaxt ayıracağını deyib: "Builki müsabiqə yeni bitib. Yarışma səbəbilə musiqidən uzaq düşdüm. Ona görə də, müsabiqədə olmayacağam. Musiqiyə daha çox üstünlük verəcəyəm".

Qeyd edək ki, "Athena" qrupunun rəhbəri olan Gökhan Özoğuz 2014-cü ildən "O səs Türkiyə"nin münsiflər heyətinə daxil olub. Müğənni, elə həmin il münsiflər arasında qalib gəlib. Daha sonra o, yenidən 2 dəfə birincilik əldə edib.

96
Teqlər:
Gökan Özoğuz, münsiflər heyəti, "O səs Türkiyə"
Əlaqədar
Azərbaycanlı çoban "O səs Türkiyə" müsabiqəsinin ikinci turunda - VİDEO
"O səs Türkiyə"də azərbaycanlı qız üstündə dava
Neftçalalı çoban "O səs Türkiyə"dəki uğurundan danışdı
"O Səs Türkiyə"də azərbaycanlıları görəndə qıcıqlanırlar"
 Jozep Borrell, arxiv şəkli

Cozep Borrell: Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti yaxından izləyir

95
(Yenilənib 22:41 14.05.2021)
Avropa İttifaqının Ali Nümayəndəsi Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı bəyanat yayıb.

BAKI, 14 may - Sputnik. Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə əlaqədar bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda qeyd olunub ki, Aİ Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti yaxından izləyir.

"Mənim adımdan Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino mayın 13-də Ermənistan xarici işlər naziri Ara Ayvazyan, mayın 14-də isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla əlaqə saxlayaraq, hər iki tərəfi son dərəcə təmkinli olmağa və vəziyyəti gərginləşdirməməyə çağırıb. Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar ATƏT Sədrliyi ilə əlaqə saxlayıb", bəyanatda qeyd olunub.

Aİ-nin Ali Nümayəndəsi bildirib ki, sərhədin delimitasiyası və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həll olunmalıdır: "Biz iki tərəf arasında texniki səviyyədə davam edən təmasları alqışlayırıq. Aİ münaqişənin hərtərəfli həllini dəstəkləyir və hər iki ölkəni regiondakı sabitliyi qoruyaraq sülh yolu ilə həlli tapmağa təşviq edir".

95
UEFA loqosu, arxiv şəkli

İstanbul bir itkinin əvəzini iki qazancla çıxacaq - UEFA-dan möhtəşəm qərar

422
İstanbulun iki böyük tədbirə ev sahibliyi etmək barədə qərarların, UEFA İcraiyyə Komitəsinin həyata keçirəcəyi ilk toplantıdan sonra ictimaiyyətə elan edilməsi gözlənilir.

BAKI, 14 may — Sputnik. 2023-cü ildə İstanbul UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.

Sputnik Azərbaycan bu barədə Anadolu Agentliyinə istinadən məlumat verir.

UEFA-nın 2021-ci il Çempionlar Liqası finalını İstanbuldan Portuqaliyanın Porto şəhərinə keçirmə qərarından sonra Türkiyə Futbol Federasiyası (TFF) ilə UEFA arasında keçirilən müzakirələrdə İstanbulun 2023-cü ildə oynanılacaq Çempionlar Liqası finalina ev sahibliyi edəcəyi qərarına gəlindiyi məlum olub.

Üstəlik bu ilin avqustunda oynanılacaq UEFA Superkuboku uğrunda görüşün də İstanbulda keçirilməsi barədə də razılıq əldə edildiyi bildirilir.

İstanbulun iki böyük tədbirə ev sahibliyi etmək barədə qərarların, UEFA İcraiyyə Komitəsinin həyata keçirəcəyi ilk toplantıdan sonra ictimaiyyətə elan edilməsi gözlənilir.

Xatırladaq ki, UEFA  dünən mayın 29-da İstanandabulda keçirilməsi planlaşdırılan Çempionlar Liqası finalının Portuqaliyaya keçirildiyini bildirib. Səbəb finalda iki ingilis klubunun oynamasıdır. Böyük Britaniya hökumətinin qərarına əsasən, bu ölkənin vətəndaşlarının Türkiyəyə getmək məsələsində ciddi məhdudiyyətlər mövcuddur və o səbəbdən britaniyalı oyunçular İstanbula gələ bilməyəcəklər. Beləliklə, İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları arasında final oyunu Portuqaliyanın Porto şəhərində keçiriləcək.

422

Rusiyalıların 55%-i Vladimir Putinə etibar edir - SORĞU

0
Bu sorğu mayın 6-8-də Rusiya Federasiyasının 53 subyektində 104 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1,5 min respondentin arasında keçirilib.

BAKI, 14 may — Sputnik. Rusiyalıların yarıdan çoxu (55%) RF prezidenti Vladimir Putinə etibar edir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın "İctimai fikir" fondunun keçirdiyi sorğunun nəticələri göstərir.

Sorğunun nəticələinə görə, respondentlərin 55%-i prezidentə inandıqlarını, 32%-i isə inanmadıqlarını bildiriblər. 13% rspondent cavab verməkdə çətinlik çəkib.

Rəyi soruşulanların 58%-i hesab edirlər ki, Putin öz vəzifəsinin öhdəsindən yaxşı gəlir. 26% əks fikirdədir. 16% respondent bu suala cavab verməkdə çətinlik çəkib.

Bu sorğu mayın 6-8-də Rusiya Federasiyasının 53 subyektində 104 yaşayış məntəqəsində 18 yaşdan yuxarı 1,5 min respondentin arasında keçirilib. Statistik xəta 3,6%-də yuxarı deyil.

0