Türkiyədə "Azərbaycan Universiteti" qalmaqalı...

CC0 / Wokandapix / EducationKitab oxuyan adam, arxiv şəkli
Kitab oxuyan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vəkillərin etirazından sonra Əmrə Nuri yenidən həbs edilib

BAKI, 27 fevral — Sputnik. Türkiyənin Bursa şəhərində özünü Azərbaycan Universitetinin məzunu kimi tanıdan, nitq qüsuru olan insanlar üçün kurs açan Əmrə Nuri adlı şəxs həbs olunub.

© Photo : SözcüƏmrə Nuri
Əmrə Nuri  - Sputnik Azərbaycan
Əmrə Nuri

O, məhkəmədə hakimə bir diplom, bir də sertifikat göstərib. Əmrə Nuri Bakıdakı özəl Azərbaycan Universitetini bitirdiyini, əlində diplomu olduğunu deyərək hakimə göstərib. Daha sonra başqa bir sertifikat göstərərək, həmin sertifikatın ona Pensilvaniya Universitetində verildiyini söyləyib. O, Pensilvaniyada pəltəklər üçün xüsusi oxuma-yazma proqramından təhsil aldığını bildirib.

Əmrə Nurinin müdafiəsini haqlı hesab edən şəhər məhkəməsi onu azadlığa buraxıb. Sputnik Azərbaycan "Sözcü"yə istinadən xəbər verir ki, vəkillərin etirazından sonra Nuri yenidən həbs edilib. Çünki ona aid olan diplom və sertifikatın saxta olduğu üzə çıxıb. Həmin şəxsin adi orta məktəb məzunu olduğu aşkarlanıb.

Xəbər lenti
0