Direktor

Bəxtiyar Vahabzadə adına liseyin direktoru rəqs etdiyinə görə cəzalandırıldı

142
Direktor yerli məktəblərdən birinə müəllim kimi işləməyə göndəriləcək

BAKI, 27 fevral — Sputnik. Noyabrın 10-da, Mustafa Kamal Atatürkün vəfatının ildönümündə qol qaldırıb oynayan lisey direktoruna cəza verilib. Sputnik Türkiyə xəbər verir ki, müxalif CHP-dən olan millət vəkili İbrahim Özdişin gündəmə gətirdiyi hadisəyə Türkiyənin təhsil naziri İsmet Yılmaz cavab verib.

Nazir Atatürkün ölüm günündə Adanada yerləşən Bəxtiyar Vahabzadə adına liseyin həyətində rəqs edən direktor Sırrı Huyluya maaş cəzası kəsildiyini bildirib.

"Adana valiliyinin mənə verdiyi məlumata görə, sözügedən şəxsin maaşından pul kəsilib. Ancaq bu, hələ son deyil. Direktor Sırrı Huylu vilayət daxilində yer alan məktəblərdən birinə müəllim kimi işləməyə göndəriləcək", — İsmet Yılmaz bildirib.

142
Teqlər:
Sırrı Huylu, Bəxtiyar Vahabzadə adına lisey, Mustafa Kamal Atatürk, direktor, ildönümü, lisey, vəfat, maaş
Əlaqədar
Direktorların rüşvət mənbəyi bağlanır: I sinfə qəbul elektronlaşdırılacaq
Direktorun "nəslini kəsən" aktyor barədə: "Vəzifəli şəxsi təhqir və təhdid edib"
Direktoru "nəslini kəsməklə" hədələyən aktyor barəsində araşdırma başladı - VİDEO
Direktorların, müavinlərin və mühasiblərin maaşı artırıldı
Azərbaycanda məktəb direktoru intihara cəhd etdi

Çavuşoğludan Makrona sərt cavab: "Bu günədək Ermənistanı dəstəkləməkdən başqa etdiniz?

137
(Yenilənib 13:38 30.09.2020)
Türkiyənin Xarici İşlər Naziri: "Minsk qrupunun həmsədr ölkələrinə (Fransa, ABŞ və Rusiya) Ermənistan, yoxsa Azərbaycan dedikdə, Ermənistanı seçirlər, ona dəstək verirlər. Makronun da açıqlaması bunu göstərir".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. "Cənab Makron bu günə qədər Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz? Siz də Minsk Qrupunun həmsədr ölkəsisiniz". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin Qarabağla bağlı bəyanatına dair şərhinə münasibət bildirərkən qeyd edib.

Çavuşoğlu Makronu dürüst olmağa çağırıb: 

"Cənab Makron bu günə qədər Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz? Siz də Minsk Qrupunun həmsədr ölkəsisiniz. Minsk qrupunun həmsədr ölkələrinə (Fransa, ABŞ və Rusiya) Ermənistan yoxsa Azərbaycan dedikdə, Ermənistanı seçirlər, ona dəstək verirlər. Makronun da açıqlaması bunu göstərir. Bizim qardaş ölkə üçün açıqlamamızın harası təhlükəlidir? Sən də dürüst şəkildə çıx de ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və buradan geri çəkilməlidir. De ki, bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var və mən də bu BMT Təhlükəsizlik Şurasının daimi üzvüyəm. Dürüst davransın, biz də onu təbrik edək".

Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Emmauel Makron Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatını düşünülməmiş və təhlükəli adlandırıb.

137
İskəndər M raket kompleksi

Paşinyan Azərbaycana qarşı "İsgəndər" "Su-30SM" qırıcılarının tətbiqindən danışdı

255
(Yenilənib 13:23 30.09.2020)
"Bizim üçün prioritet öz vətəndaşlarımız və ölkələrimizin təhlükəsizliyinin təmin olunması məsələsidir. Eyni zamanda bizim məqsədimiz vəziyyəti gərginləşdirməməkdir" - Paşinyan

BAKI, 30 sentyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya KİV nümayəndələri ilə görüşü zamanı Azərbaycana qarşı "İsgəndər" operativ-taktiki raket komplekslərinin və "Su-30SM" qırıcılarının tətbiqi imkanı məsələsini şərh edib.

"Bizim üçün prioritet öz vətəndaşlarımız və ölkələrimizin təhlükəsizliyinin təmin olunması məsələsidir. Eyni zamanda bizim məqsədimiz vəziyyəti gərginləşdirməməkdir", - deyə Sputnik Ermənistan xəbər verir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

255
(0:23 / 2.16Mb / просмотров видео: 28)

Ermənistanın topları dəqiq atəşlə məhv edilib - video

0
(Yenilənib 14:30 30.09.2020)
Bölmələrimizin mövqelərini atəşə tutan düşmən topları dəqiq atəşlə məhv edilib. Daha ətraflı Müdafiə Nazirliyinin videosunda izləyin.

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.
Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.
Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz - Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı işğaldan azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

0