Məhv edilən terrorçuların sayı 2 mini keçdi

© AFP 2023 / OZAN KOSE Türk ordusuna məxsus tank
Türk ordusuna məxsus tank - Sputnik Azərbaycan
Abunə olmaq
TSK-nın rəsmi açıqlamasına görə, dünən daha 5 kənd terrorçulardan təmizlənib

BAKI, 25 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində PKK/PYD-YPG terrorçularına qarşı başlatdığı əməliyyat tam gücü ilə davam edir. Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, öldürülən terrorçuların sayı 2 mini keçib.

TSK-nın rəsmi açıqlamasına görə, dünən daha 5 kənd terrorçulardan təmizlənib. Bununla da terrorçulardan azad edilən məntəqələrin sayı 108-ə çatıb. 2018 terrorçu isə məhv edilib.

Xəbər lenti
0